NATO UKRAYNANI ƏKS-HÜCUMA NECƏ HAZIRLAYIB? – “Hücumun uğuru yalnız bir faktordan asılıdır”

07, 05, 23
18:00

NATO UKRAYNANI ƏKS-HÜCUMA NECƏ HAZIRLAYIB? – “Hücumun uğuru yalnız bir faktordan asılıdır”


NATO Baş katibi Yens Stoltenberq bu yaxınlarda bildirib ki, NATO ölkələri Ukraynaya vəd edilən silahların təxminən 98 faizini yollayıb. Stoltenberq həmçinin belə hesab edir ki, Rusiya və Ukrayna arasındakı müharibə masa arxasında yekunlaşacaq və danışıqların hansı formatda olacağı Ukraynanın hərbi üstünlüyündən asılı olacaq.

İndi sual meydana çıxır: görəsən, NATO-nun verdiyi döyüş texnikası Ukrayna ordusunun uğurlu əks-hücum həyata keçirməsi üçün yetərli olacaqmı? Digər tərəfdən, uğurlu əməliyyat üçün əsas faktorlardan biri də hava şərtlərinin münasibliyidir.

Ukraynanın “Apostrof.ua” internet portalı “Dəyişkən hava: NATO Ukraynanı əks-hücuma necə hazırlayıb?” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur. Həmin məqaləni təqdim edirik:

”Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnının “The Economist” nəşrinə verdiyi müsahibəsindəki fikirləri əsas görürərək deyə bilərik ki, Ukraynaya 300 tank, 600-700 ədəd piyadaların döyüş maşını və 500 ədəd haubitsa lazımdır. NATO baş katibi Yens Stoltenberqin alyansın öz vədlərini yerinə yetirdiyini iddia etməsinin əsası vardır. Çünki Stoltenberqin dediyinə görə, hazırda Ukraynanın istəklərinin təxminən 98 faizi NATO ölkələri tərəfindən yerinə yetirilib. Buradan belə nəticə çıxır ki, təqdim edilmiş 230 tank və 1550 ədəd zirehli texnika Ukrayna ordusunun uğurlu əks-hücumu üçün kifayət qədər yaxşı şərait yaradır.

Əlbəttə, silahın artıqlığının heç vaxt ziyanı olmaz. Ukraynaya artilleriya və 60 kilometrdən uzağı vuran yaylım atəşli raket sistemləri lazımdır. Hücum əməliyyatı üçün məhz bu cür silahların köməyi ilə düşmənin silah anbarlarına, ağır texnikasına və canlı qüvvəsinin toplaşma mərkəzlərinə zərbələr vurmaq mümkündür. Ukrayna ordusu elə məhz bu ssenari üzrə rusları Xarkov vilayətinin ərazisindən sıxışdırıb çıxarmağa müvəffəq olmuşdu.

Hələ ki, Ukraynanın hücumuna hava şəraiti, yağışlar ciddi əngəl törədir və hazırda yollar keçilməz vəziyyətdədir. Ukrayna ordusunun əks-hücumunun uğuru yalnız bir faktordan - hava şəraitindən və zəminin qurumasından asılıdır. Əgər biz mümkün hücum istiqaməti kimi Ukraynanın şimal-şərqindən və cənubundan danışırıqsa, onda çox şey birbaşa hava şəraitinə bağlı olacaq. Son həftələr güclü yağışlar yağıb və sinoptiklər gələcək həftə üçün də dayanıqlı günəşli hava vəd etmirlər.

Yağışdan sonrakı müddətdə texnikanın hərəkəti hələ bir müddət çətin olacaq. Zəminin palçıqlı olması səbəbindən təkərli və tırtıllı texika böyük problemlərlə üzləşəcək. Çünki texnikanın hərəkətinə qarşı yumşaq torpağın müqaviməti güclənəcək və bu da öz növbəsində yanacaq-sürtgü materiallarına ehtiyacı artıracaq və ələva xərclər yaranacaq. Əgər ağır zirehli texnika kolon ilə hərəkət edəcəksə, onda bu, təkərli texnikanın daha çox batmasına gətirib çıxaracaq.

Qərb kəşfiyyatının nümayəndələri də anoloji fikirlər səsləndirirlər. Onlar deyirlər ki, cəbhə xəttində baş verəcək sonrakı hadisələr hava şəraitinə bağlıdır. Ona görə də əlverişsiz hava şərtləri daxilində Ukrayna ordusunun mexaniki birləşmələrinin Rusiya işğalçılarının mövqelərini yarmasını gözləmək əbəsdir.

Biz hücumun nə zaman və necə başlamasını müttəfiq ölkələrin “Ramştayn” formatındakı yığıncağına bağlamayaq. Ancaq son görüşün nəticələrini nikbin dəyərləndirmək lazımdır. Bu yığıncaq zamanı 51 ölkə Ukrayna ilə müttəfiqlik öhdəliklərini yerinə yetirəcəklərini bir daha təsdiq etdilər.

İlk növbədə burada söhbət hərbi-texni yardımın artırılmasından gedir. Başqa tərəfdən, təchizat bazasının yaradılması, ehtiyat hissələrinin çatdırılması, texniki heyət və ona xidmət göstərən mütəxəssislərin, mexaniklərin müvafiq təlimlər keçməsi çox vacib amildir. Texnikanın təmirinin bazası NATO ölkələri olan Rumıniya və Polşada yerləşəcək.

Yens Stoltenberqin sözlərinə görə, indi müttəfiqlər əsas diqqətlərini Ukraynanın Rusiya üzərində qələbəsinə yönəldiblər, müharibə sona çatandan sonra isə Kiyev rusiyalılar tərəfindən gələ biləcək yeni hücumların qarşısını almaq imkanına malik olmalıdır.

NATO Baş katibinin Kiyevə bu yaxınlardakı səfəri göstərdi ki, alyans Ukrayna ilə bağlı münasibətlərdə yeni səhifə açmağa və Ukrayna hərbi planda rəsmi surətdə Qərb hərbi blokunun bir parçasına çevrilməyə hazırdır.

Hücum əməliyyatının planlaşdırılması zamanı Ukrayna ordusunun aktiv şəkildə alyans standartlarına keçid prosesi gedir. İşğal olunmuş ərazilərin azad edilməsi strategiyasını Ukrayna ordusunun alyansın standartlarına keçməsinin nümunəsi kimi göstərə bilərik. Ukrayna ordusu minimum itkilərlə NATO taktikasından istifadə etməklə işğal altındakı rayonları azadlığa qovuşdura bildi.

Qərb tərəfdaşlarımızın göndərdiyi texnika və silahlar uğur əldə etməyin ilkin şərti kimi dəyərləndirilməldir, amma sonrakı dönəmlərdə nə olacağı təkcə ukraynalı hərbçilərin cəsarətindən və bacarığından deyil, eyni zamanda da hava şəraitindən asılıdır”.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın