Türkiyədə seçkilər bu tarixdə olacaq - Ərdoğan açıqladı

11, 03, 23
15:00

Türkiyədə seçkilər bu tarixdə olacaq - Ərdoğan açıqladı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkədə prezident və parlament seçkilərinin keçiriləcəyi dəqiq tarixi rəsmi şəkildə elan edəcək.

"Azərbaycan Reallığı" “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan Bakı vaxtı ilə 15:00-da Prezident iqamətgahında bununla bağlı çıxış edəcək.

Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin mayın 14-ü keçirilməsi gözlənilir.

Ərdoğan ölkədə prezident seçkilərinin mayın 14-ü keçirilməsini təsdiq edib.

Türkiyə lideri prezident və parlament seçkilərinin iyunun 18-i deyil, mayın 14-ü təşkil edilməsi ilə bağlı qərar imzalayıb.

Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yenerin sözlərinə görə isə, birinci tur nəticəsiz qalarsa, seçkilərin ikinci turu 28 may tarixində baş tutacaq.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın