HDP də Kılıçdaroğlunu dəstəklədi - Namizəd çıxarmayacaqlar

07, 03, 23
15:00

HDP də Kılıçdaroğlunu dəstəklədi - Namizəd çıxarmayacaqlar


Türkiyənin müxalif Xalqların Demokratik Partiyası (HDP) Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, "Millət İttifaqı"nın vahid namizədi Kemal Kılıçdaroğlunu seçkilərdə dəstəkləyəcəklərini açıqlayıb. 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiyanın həmsədri Mithat Sancar bu barədə danışıb.

"Cənab Kılıçdaroğlunun namizədliyi xeyirli olsun. Qərargahımızda bu məsələləri müzakirə etmək üçün onun ziyarətini gözləyirik", - deyə Sancar söyləyib. O, partiyanın başqa namizəd çıxarmayacağını da əlavə edib.

Bundan sonra hazırda həbsdə olan sabiq HDP həmsədri Selahettin Demirtaş da tviter səhifəsində M.Sancarın açıqlamasını paylaşıb.

"Xeyirli olsun. Onu HDP qərargahına gözləyirik", - deyə başlıq yazıb və dəstəyini ifadə edib.

Qeyd edək ki, 6 mart tarixində "Millət İttifaqı"nın toplantısından sonra Kemal Kılıçdaroğlu vahid namizəd elan olunub. 

 AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın