Ordumuz Qafqazın ən güclüsü seçildi - Reytinq

07, 03, 23
14:00

Ordumuz Qafqazın ən güclüsü seçildi - Reytinq


Azərbaycan ordusu 145 ölkə arasında 57-ci yerdədir.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə məlumat “Qlobal Fayepover”in reytinqində əksini tapıb.

Reytinqdə ilk beşliyə ABŞ, Rusiya, Çin, Hindistan və Böyük Britaniya daxil olub. Türkiyə 11-ci, Özbəkistan 62-ci, Qazaxıstan 63-cü, Türkmənistan 82-ci, Qırğızıstan 107-ci yerdədir.

Pakistan ordusu 7-ci, Ukrayna 15-ci, İran 17-ci, İsrail 18-ci, Gürcüstan 85-ci, Ermənistan isə 94-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahı tərtib edilərkən hərbi hissə və şəxsi heyətin sayı, müdafiə xərcləri, döyüş arsenal hissələrinin sayı, ordunun döyüş qabiliyyətinə təsir edən 60 digər amil kimi göstəricilər nəzərə alınıb.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın