İrandakı zəhərli hücumların arxasında kim dayanır?

07, 03, 23
12:00

İrandakı zəhərli hücumların arxasında kim dayanır?


İran rəsmiləri etiraf ediblər ki, yüzlərlə qız şagirdin zəhərləndiyi hadisələr azı 52 məktəbdə baş verib.

Ötən ilin noyabrında Qumda başlayan və ölkənin 30 əyalətindən 21-də təkrarlanan hadisələrə görə kimin məsuliyyət daşıdığı hələ də bəlli deyil.

Zəhərlənmə halları valideynlərdə qorxu yaratdığı üçün qız şagirdlərin təhsildə iştirakının azaldığı müşahidə edilir.

“Ettelaat” qəzetindən keçmiş islahatçı deputat Cəmilə Kadivar da daxil olmaqla bir qrup jurnalist zəhərlənmə hadisələrinə görə özlərini “Fidayeen Velayat” adlandıran qrupun məsuliyyət daşıdığını düşünür.

Qızların təhsildə iştirakının qadağan edilməli olduğu fikrini müdafiə edən qrup əvvəllər də tələbələri zəhərləməklə hədələyən vərəqələr paylamışdı.

Lakin İran hakimiyyəti hadisələrin arxasında məhz bu qruplaşmanın dayandığını hələ açıqlamayıb.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın