Ukrayna Baxmutun işğalını təkzib etdi

05, 03, 23
13:00

Ukrayna Baxmutun işğalını təkzib etdi


Ukrayna tərəfi Rusiya qüvvələrinin Donetsk vilayətinin Baxmut şəhərini nəzarətə götürməsi ilə bağlı məlumatları təkzib edib. 

"Azərbaycan Reallığı" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna ordusunun Şərq qrupunun nümaynədəsi Sergey Çerevatıy Ukrayna ordusunun Baxmutdan çıxmadığını açıqlayıb. 

O qeyd edib ki, şəhərin ətrafında döyüşlər davam etsə də, Baxmut rəsmi Kiyevin nəzarətindədir. 

Çerevatıy həmçinin döyüşlər zamanı 150-dən çox Rusiya hərbçisinin zərərsizləşdirildiyini əlavə edib. 

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın