Böyük Slavyan Savaşı - rusların “qorxunc qüvvəsi”, ukraynalıların qəhrəmanlığı

24, 02, 23
16:00

Böyük Slavyan Savaşı - rusların “qorxunc qüvvəsi”, ukraynalıların qəhrəmanlığı


Rusiya-Ukrayna savaşının başlamasından 1 il ötür.

Ekspertlərin gəldiyi ümumi rəyə görə, bu, Avropa qitəsində II Dünya müharibəsindən sonra böyük ordu qruplarının, saysız hərbi texnikanın, dəhşətli insan itkilərinin yaşandığı ən qanlı hərb mücadiləsidir. Müharibədən öncəki statistika və tərəflərin verdikləri itkilərin həcmi də bunu göstərir.

2021-ci ilin sonu, 2022-ci ilin əvvəlinə olan məlumata görə, Rusiya Federasiyasının silahlı qüvvələrinin sayı 900 min nəfərə yaxın olub. Rusiya Quru Qoşunlarında 280 min, Hava-Desant Qüvvələrində 45 min, Aerokosmik Qüvvələrdə 165 min hərbçi xidmət göstərib. 554 min nəfər Rusiya Qvardiyasında və digər hərbiləşdirilmiş birləşmələrdə yer alıb. Rusiya ordusunun ümumi ehtiyatı 2 milyon nəfər təşkil edib.
e714322a-85ee-36de-85fa-ea1d9dcab4f7_850.jpg (135 KB)
“The Military Balance” portalının məlumatına görə, Rusiyanın hərbi texnikasının təxmini sayı aşağıdakı kimi olub:

Hərbi təyyarələr - 1172-dən 1391-ə qədər;

Helikopterlər - 821-dən 948-ə qədər;

Zirehli döyüş maşınları - 15 847-dən çox

Artilleriya - 4894-dən çox.

Ötən ilin martın 11-də Rusiya prezidenti qondarma “DXR” və “LXR” tərəfində əcnəbi könüllülərin iştirakına icazə verib. Bundan başqa, Rusiyada həbsxanadakı məhkumların əsasən “Vaqner” ÖHŞ tərəfindən (sonradan azad olunmaq şərti ilə) cəlb olunmasına başlanılıb.

“Military Balance”ın digər məlumatına görə, Rusiya Federasiyasında 3417 tank xidmətdə olub. Bunlardan 2000-ci ildən sonra istehsal edilən tanklar 2357 ədəddir. Rəsmi xəbərlərə əsasən, Rusiya müharibənin əvvəlindəki mövcudluğu ilə müqayisədə tank donanmasının 40 faizini itirib.

Müharibə başladıqdan sonra Rusiya qondarma “Donetsk Xalq Respublikası”ndan 14 min, “Luqansk Xalq Respublikası”ndan isə 20 mindən çox şəxsi hərbi əməliyyatlara cəlb edib. Savaşın başlanmasına qədər Rusiya qondarma qurumların ərazilərində zirehli döyüş maşınları, artilleriya və reaktiv yaylım atəşi sistemləri, həmçinin hava hücumundan müdafiə sistemlərini yerləşdirib.

Ukrayna tərəfinin məlumatına görə, 2019-cu ilin sonu, 2020-ci ilin ortalarında “DXR” və “LXR”in “adında” 480-dən çox tank, 914 zirehli döyüş maşını, 720 artilleriya və minaatan, 200-dən çox raket sistemi mövcud olub.

“The Military Balance”ın məlumatına əsasən, Ukrayna silahlı qüvvələrinin sayına görə 2022-ci ilin əvvəlinə qədər 196 min hərbi qulluqçusu ilə keçmiş SSRİ ölkələri arasında Rusiyadan 4,5 dəfə az, Azərbaycandan (3-cü yer) isə 3 dəfə üstün olmaqla ikinci yerdə olub. Silahlı qüvvələrin ümumi sayından 125 600-ü Quru Qoşunlarında, 20 000-i Hava-Desant Qoşunlarında, 35 000-i Hərbi-Hava Qüvvələrində, 15 000-i isə donanmada qulluq edib. Daha 102 000 nəfər digər hərbiləşdirilmiş birləşmələrdə yer alıb. Onlardan 60 000 nəfər Milli Qvardiyada, 42 000 nəfər isə sərhəd qoşunlarında xidmət göstərib.
da87bedc-6dce-3c0b-bf3d-42274af3816a_850.jpg (99 KB)
“The New York Times” qəzetinin yazdığına görə, Ukrayna silahlı qüvvələri Avropanın ən böyük silahlı qüvvələri arasındadır. “Business Insider”in məlumatına əsasən, onların tərkibinə 70 000 həqiqi hərbi qulluqçu, 100 000 ehtiyatda olan hərbi qulluqçu və ərazi müdafiə qüvvələri daxildir.

Ukrayna ordusunda döyüşənlərdən ən azı 100 000 hərbi qulluqçu döyüş veteranıdır və 27 000 nəfər partizan müharibəsi də daxil olmaqla, ABŞ mütəxəssisləri tərəfindən təlim keçib. Ukraynanın ehtiyat qüvvələrinin ümumi sayı 900 min nəfər olaraq hesablanıb.

“The Military Balance”a görə, Ukraynanın Quru Qoşunları 2022-ci ilin əvvəlində aşağıdakı texnikaya sahib olub:

858 ədəd müxtəlif tipli tank (1132 ədəd müxtəlif səbəblərə görə anbarlarda saxlanıb)

1212 ədəd piyada döyüş maşını

547 ədəd döyüş kəşfiyyat maşını (BRDM-2, BRM-1K)

622 ədəd zirehli transportyor və zirehli texnika

607-dən çox özüyeriyən artilleriya qurğusu

515-dən çox qoşqulu top və haubitsa

354 ədəd reaktiv yaylım atəş sistem qurğusu

340 ədəd 120 mm-lik minaatan

90 ədəd “Toçka” taktiki raket sistemi qurğusu

35 ədəd “Mi-24” hücum helikopteri və 23 ədəd “Mi-8” çoxməqsədli helikopter

müxtəlif tipli 81-dən çox zenit-raket kompleksləri

“The Military Balance”ın məlumatına görə, 2021-ci ilin sonu, 2022-ci ilin əvvəlinə qədər Ukraynada 124-132 hərbi təyyarə olub. (14 ədəd “Su-24”, 31 ədəd “Su-25”, 34 ədəd “Su-27”, 36 ədəd “Miq-29”, o cümlədən təlim, nəqliyyat təyyarələri).

Müharibə başlanana qədər Ukraynanın 2022-ci il üçün hərbi büdcəsi təxminən 5 milyard dollar təşkil edib ki, bu da Rusiyanın hərbi büdcəsindən 12 dəfə (61,5 milyard) azdır.
8eb2df19-7811-3e5e-b0e9-27aae9d1c4c9_850.jpg (201 KB)
Ukrayna savaşın gedişində hərbi texnikasının bir çoxunu Qərb ölkələrindən, əsasən ABŞ və Avropa Birliyindən alıb. 2023-cü ilə qədər tərəflərin itkiləri barədə müxtəlif məlumatlar verilir.

Qərb qaynaqları (Norveç Müdafiə Nazirliyi, ABŞ Müdafiə Nazirliyi, BBC, “The Telegraph” qəzetinə görə, Ukrayna ordusunun itkiləri 100 min nəfərdən çoxdur. Ukraynanın rəsmi etiraf etdiyi itkilərin sayı 9-16 min civarındadır. Rusiyanın itkiləri barədə isə hər gün müxtəlif məlumatlar gəlir. Ukrayna tərəfi Rusiyanın 146 mindən çox əsgər itirdiyini iddia edir.

Amma başqa mənbələr bu statistikanı müxtəlif rəqəmlərlə göstərir. ABŞ tərəfi onu 200 mindən çox, Böyük Britaniya Müdafiə Nazirliyi 175-200 min (o cümlədən 60 min ölü), “BBC Russia” 43 min ölü, 150 mindən çox yaralı olduğunu bildirir. Buraya savaşda həlak olan 9500-dən çox “Vaqner” muzdlusu, qondarma “DXR” və “LXR”dən cəlb olunan əsgərlər də daxildir.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın