Türkiyə və Rusiyadan sensasiyalı ANLAŞMA – ABŞ-da ZƏLZƏLƏ YARADACAQ

29, 07, 18
21:40

Türkiyə və Rusiyadan sensasiyalı ANLAŞMA – ABŞ-da ZƏLZƏLƏ YARADACAQ

Türkiyə və Rusiya hesablamalarda elektron pul vasitələrinə keçid imkanını müzakirə edir.
Publika.az “Hürriyət” nəşrinə istinadən xəbər verir ki, bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yohannesburqda keçirilən BRİKS ölkələrinin sammitindən qayıdan zaman jurnalistlərə açıqlamasında bildirib.
“Səfərim zamanı milli valyutalarla hesablaşmalar danışıqların çox əhəmiyyətli mövzusu oldu. Mən hər ölkənin lideri ilə bu məsələni müzakirə etdim. Çin və Rusiya ilə artıq razılaşmışıq. Hətta Rusiya ilə elektron pul vasitələrinə keçid haqqında fikirlər var. Analoji addımları Hindistanla da birlikdə atmağı düşünürük”, - Ərdoğan deyib.
Qeyd edək ki, Türkiyə prezidenti ilk dəfə 2016-cı ilin dekabrında Rusiya prezidenti Vladimir Putinə milli valyutalarla ticarətlə məşğul olmağı təklif edib. Bu mövzu sonralar bir neçə dəfə Rusiyada və Türkiyədə keçirilən görüşləri zamanı iki ölkənin liderləri tərəfindən müzakirə edilib.
Ankara və Rusiyanın əsas hədəfinin isə dünya ticarətində inhisar mövqedə olan ABŞ dollarından qurtulmaq olduğu bildirilir.
Ömər

Bizimlə əlaqə saxlayın