​​​​​​​“Türkiyə əhəmiyyətli fürsətlər əldə edəcək” - Ərdoğandan Qərbi ŞOKA SALACAQ TƏKLİF

29, 07, 18
15:59

​​​​​​​“Türkiyə əhəmiyyətli fürsətlər əldə edəcək” - Ərdoğandan Qərbi ŞOKA SALACAQ TƏKLİF










Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BRİKS (Rusiya, Çin, Braziliya, Hindistan və Cənubi Afrika Respublikası) ölkələrinin Yohannesburda keçirilən sammitində tarixi bir təkliflə çıxış edib.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Afrika turnesindən qayıdan zaman jurnalistlərin suallarını cavablandıran prezidentin sözlərinə görə, BRİKS liderlərindən Türkiyənin təşkilata daxil edilməsini istəyib.
““Bizi də təşkilata daxil edin” dedim. Üzv ölkələr bu təklifə müsbət baxdılar”, - Ərdoğan deyib.
Türkiyə prezidenti vurğulayıb ki, xüsusi halda, Çin təşkilatın genişlənməsinin tərəfdarıdır.
“Qapalı deyillər. Bu 5 ölkə Türkiyə kimi G20-nin üzvləridir. Türkiyənin BRİKS üzvü olaraq həqiqətən əhəmiyyətli fürsətlər ələ keçirəcəyinə inanıram. Bu, bizə zərər deyil, fayda verəcək”, - o əlavə edib.
Ömər

Bizimlə əlaqə saxlayın