Ərdoğandan SƏRT MESAJ: "Yeni meydan oxumağa hazırlaşırıq"

04, 02, 23
14:00

Ərdoğandan SƏRT MESAJ: "Yeni meydan oxumağa hazırlaşırıq"


"Ölkəmizin 14 mayda keçirəcəyi seçkilərdə qlobal güclərə dəstək verərək təkpartiyalı faşizmi diriltmək istəyən zehniyyətə qarşı yeni bir meydan oxumağa hazırlaşırıq".

Bunu Türkiyə Prezidentu Rəcəb Tayyib Ərdoğan deyib.

"Bizə qarşı namizəd qoymaq üçün qurduqları masanın altında bir-birini təpikləməkdən başqa əllərindən heç nə gəlməyənlərə iş və xidmət siyasətinizi bir daha seçki qutusunda göstərmənizi istərdim. CHP-nin başında dayanan adamın böyük həvəslə sarıldığı "Bay Kemal" sifətini təşviq etdik. İndi 14 mayda onun adı nə olacaq? O adı "Bay Bay Kemal"a çevirəcəyinizə şübhə etmirəm", - Türkiyə lideri mesaj verib.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın