Molla rejimi kinini qusdu - “Bunu başqası yox, elə İranın özü edib”

28, 01, 23
14:09

Molla rejimi kinini qusdu - “Bunu başqası yox, elə İranın özü edib”


“Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumun arxasında molla rejimi və “İslam İnqilabı Keşikçiləri Korpusu” (SEPAH) dayanır”. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bu terror aktı İranın Azərbaycana qarşı düşmən siyasətin bariz nümunəsidir:

“Son günlər guya İran xarici işlər naziri Abdullahiyan və digər iranlı diplomatlar Azərbaycanla əlaqələri normallaşdırmağa çalışırdı. İranın Azərbaycana qarşı münasibətdə səmimi olmadığını, kinli şəkildə düşmən mövqeyində dayandığını hər kəs bilir. Hesab edirəm ki, baş verən son olaydan sonra Azərbaycan İrandakı diplomatik korpusunu bağlamalı, Tehranın səfirinə ölkədən çıxması üçün 48 saat vaxt verilməlidir.

İran rejimi səfirliyimizə hücum etməklə ölkəmizə mesaj verir. Bununla demək istəyirlər ki, Azərbaycana qarşı silaha da əl ata bilərik. Fransa, Britaniya, Livanın ardınca İranda baş verən bu terror aktında molla rejiminin əsas ortağı ermənilərdir”.

Məhəmməd Əsədullazadə iddia edir ki, innən belə İran-Azərbaycan əlaqələrinin normallaşması mümkün deyil:

“Tehrandakı rejim Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallığı və öz ərazilərini işğaldan azad etməsini həzm edə bilmir. Bu silahlı hücumu da İranın Azərbaycana qarşı apardığı hibrid müharibənin tərkib hissəsidir. Tehrana cavab olaraq, Azərbaycan İranla diplomatik əlaqələri dayandırmalı və İrana qarşı beynəlxalq sanksiyalara qoşularaq, SEPAH-ı terror təşkilatı kimi tanımalıdır. Artıq SEPAH ABŞ və Avropa Birliyində terror təşkilatı kimi qəbul edilir və tanınır.

İranda hakimiyyətdə olan mühafizəkarlar Azərbaycana qarşı düşmən siyasəti aparır, bunu keçmiş illərdə olduğu kimi qapalı yox, açıq formada edir. İrandakı dini-siyasi sistem dəyişməyənə qədər Tehranla münasibətlərin normallaşması gözlənilən deyil.

Molla rejimi Azərbaycanda edə bilmədiyini Tehranda etdi. Bu, İranın terror dövləti olduğunu göstərir. Hesab edirəm ki, bu terror aktında heç bir ikinci qüvvənin rolu yoxdur, birbaşa Tehran rejimi tərəfindən planlaşdırılıb və icra olunub”.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841  
 

Bizimlə əlaqə saxlayın