Boris Conson: “Ukraynaya lazım olan bütün texnikanı vermək vaxtıdır“

23, 01, 23
11:00

Boris Conson: “Ukraynaya lazım olan bütün texnikanı vermək vaxtıdır“


Böyük Britaniyanın sabiq baş naziri Boris Consonun Ukraynaya gözlənilməz səfəri dünyada böyük rezonansa səbəb olub.

"Azərbaycan Reallığı"  İngiltərə mediasına istinadən verdiyi xəbərinə görə, Conson şəxsi maliyyəsi ilə Ukraynaya gəldiyini deyib.

O deyib ki, müharibədən əziyyət çəkən xalqla həmrəylik nümayiş etdirmək üçün orada olmaq “imtiyaz”dır.
 
Cənab Conson açıqlamasında deyib: “Prezident Zelenskinin dəvəti ilə Ukraynaya səfər etmək imtiyazdır. Ukrayna xalqının iztirabları çox uzun müddətdir davam edir. Bu müharibəni bitirməyin yeganə yolu Ukraynanın qalib gəlməsi və mümkün qədər tez qalib gəlməsidir. Bunun üçün lazım olan bütün texnikanı  vermək vaxtıdır. Putin nə qədər tez uğursuz olarsa, Ukrayna və bütün dünya üçün bir o qədər yaxşıdır”.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın