Putin-Ərdoğan telefon danışığı - Liderlər nəyi müzakirə edəcək?

04, 01, 23
10:00

Putin-Ərdoğan telefon danışığı - Liderlər nəyi müzakirə edəcək?


Rusiya prezidenti Vladimir Putin sabah, yanvarın 4-də türkiyəli vəzifədaşı Rəcəb Tayyib Ərdoğanla danışmağı planlaşdırır. 

 "Interfax"a istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

O, Türkiyə lideri nümayəndəsinin bundan əvvəl Putin-Ərdoğan telefon söhbətinin planlaşdırıldığı barədə açıqlamasını təsdiqləyib:

“Bəli, doğrudan da belə bir söhbət olacaq”.

Müşahidəçilər telefon danışığında Suriya, Ukrayna və Qafqazla bağlı bir sıra məsələlərin müzakirə ediləcəyini proqnozlaşdırır.

Ankara və Dəməşq arasında münasibətlərin bərpası gözləntilərə əsasən ana mövzu olacaq.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın