SON DƏQİQƏ! Ukrayna Ordusu daha bir yaşayış məntəqəsini işğaldan azad edib

01, 01, 23
14:00

SON DƏQİQƏ! Ukrayna Ordusu daha bir yaşayış məntəqəsini işğaldan azad edib


Ukrayna Ordusunun “Kraken” xüsusi bölməsi və Koş atamanı İvan Serko adına 92-ci ayrı mexanikləşdirilmiş briqada ölkənin Luqansk vilayətinin Novoselivske qəsəbəsini Rusiyanın işğalından azad edib.

"Azərbaycan Reallığı"
xəbər verir ki, bu barədə “Kraken” teleqramda məlumat yayıb.

“Hücum zamanı düşmən yaşayış məntəqəsindən sıxışdırılıb çıxarılıb, düşmən texnika və canlı qüvvədə itki verib, işğalçıların bir qismi əsir götürülüb.

Kənd Ukrayna Ordusunun nəzarətindədir”, - bölmə açıqlayıb.

Eyni zamanda, hərbçilərin həmin yaşayış məntəqəsində apardığı hərbi əməliyyatların videogörüntüləri də dərc olunub.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın