"Tezliklə Rusiyada müharibəyə göndərilmək üçün yeni əsgərlər tələb oluna bilər" - Zelenski

30, 10, 22
16:00

"Tezliklə Rusiyada müharibəyə göndərilmək üçün yeni əsgərlər tələb oluna bilər" - Zelenski


"Biz ön cəbhədə tamamilə başqa şey hiss edirik..."
 
"Onlar o qədər zəif hazırlıqlı və ekipirovkalıdır ki, uzun müddətə kifayət etməyəcək..."
 
"Səfərbər edilənlər arasında minimal şəraitin olmaması səbəbindən üsyan halları baş verir..."

 
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ölkədə qismən səfərbərliyn başa çatması barədə prezidentə məruzəsini şərh edib.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Ukrayna prezidenti axşam müraciətində bəyan edib. Məlumatı Ukraynanın "новини.LİVE" nəşri yayıb.
 
Zelenski hesab edir ki, xidmətə səfərbər edilən rusiyalı hərbi qulluqçular o qədər zəif hazırlıqlı və ekipirovkalıdır ki, onlar uzun müddətə kifayət etməyəcək.
 
"Bu gün, oktyabrın 28-də, düşmən səfərbərliyin, guya, başa çatması barədə hesabat verir...Guya, Rusiya vətəndaşlarının yeni dalğasını cəbhəyə göndərməyə ehtiyac yoxdur. Biz ön cəbhədə başqa şey hiss edirik. 
 
Rusiya səfərbər edilənlərdən mövqelərimizə təzyiqi gücləndirməyə cəhd göstərsə də, onlar o qədər pis hazırlıqlı və ekipirovkalıdır, komandanlıq tərəfindən o qədər kobud istifadə edilir ki, bu, güman etməyə əsas verir ki, tezliklə Rusiyada cəbhəyə göndərilmək üçün yeni əsgərlər lazım gələcək", - Zelenski hesab edir.
 
Səfərbərlik tədbirləri başlanandan sonra sosial şəbəkələrdə üzə çıxan videolarda hərbi xidmətə çağırılan hərbçilər çox pis hazırlıq keçmələrindən və silahlanmalarından şikayət edir.
 
Müharibəyə səfərbər edilənlər arasında minimal şəraitin olmaması səbəbindən üsyan halları da baş verib.
 
Ukrayna prezidenti qeyd edib ki, hazırda hərbi rəhbərlik ona hazırlaşır ki, Rusiya müharibəni davam etdirilməsinin istənilən üsullarını axtaracaq. O cümlədən Rusiya İrandan daha çox resurslar cəlb edə bilər.

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın