Qərbin Putinə qarşı ŞOK PLANI - “Fəlakətli nəticələr olacaq“

16, 10, 22
14:00

Qərbin Putinə qarşı ŞOK PLANI - “Fəlakətli nəticələr olacaq“


Sentyabrdan bəri Rusiyanın müharibədə məğlubiyyətləri davam edir. Ordusu problem içində olan Vladimir Putin keçən ay nüvə ritorikasını gücləndirərək Rusiya torpaqlarını müdafiə etmək üçün “bütün mümkün vasitələrdən” istifadə edəcəyini bildirib və bütün dünyada qorxu yaradıb.  

"Azərbaycan Reallığı" xarici mediaya istinadən xəbər verir ki, bu həftənin əvvəlində Britaniya kəşfiyyat agentliyi "GCHQ"nin rəhbəri Ceremi Fleminq Rusiyanın Ukraynada və ya onun ətrafında taktiki nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmədiyini bildirib. "GCHQ" Rusiyanın hərbi hərəkətlərini və ordusunun nüvə başlığını adi raketlə birləşdirməyə çalışıb-çalışdırmadığını izləyir.

Ekspertlər hesab edirlər ki, Putin blef edir, ABŞ və ya NATO-nun Ukrayna tərəfində müharibəyə başlamamasını təmin etmək üçün qərbdə qorxu və qeyri-müəyyənlik yaratmağa çalışır.

Qərb rəsmiləri Rusiyanın Ukrayna və ya onun yaxınlığına nüvə bombası atacağı təqdirdə öz ölkələrində xaos və panikanın qarşısını almaq üçün pərdə arxasında “ehtiyatlı planlaşdırma” aparır.

NÜVƏ PLANLARI NƏZƏRDƏN KEÇİRİLİR

Nüvə böhranı ehtimalı hələlik çox az görünsə də, beynəlxalq rəsmilər nüvə eskalasiyasından qorxan əhaliyə dərhal dəstək vermək və əminlik yaratmaq üçün planları yenidən nəzərdən keçirirlər.

Dünən keçirilən brifinqdə çıxış edən bir dövlət məmuru nüvə hadisəsindən sonra yaranacaq panikanın və ya şəhərləri kütləvi şəkildə tərk edən insanların yaratdığı xaosun qarşısının alınması planlarından danışıb.

Adının açıqlanmasını istəməyən qərb rəsmisi hökumətlərin "bir sıra mümkün ssenarilər üçün ehtiyatlı planlama" etdiklərini söyləyib, Rusiyanın müharibədə hər hansı nüvə silahından istifadə etməsinin "iyrənc" olacağını vurğulayıb.

Qeyd edək ki, nüvə müharibəsindən necə sağ çıxmağa dair ictimai məlumat kampaniyaları, hətta məktəb təlimləri Soyuq Müharibə dövründə, xüsusən ABŞ-da çox populyar idi. O vaxt bu kampaniyalar nüvə münaqişəsindən sağ çıxmağın mümkün ola biləcəyinə dair təkliflərə görə xeyli tənqid və kinayə ilə qarşılanmışdı. Təlimlərin əsas məqsədi ictimai çaxnaşmaların, xüsusən də böyük şəhərlərdə nəzarətsiz eskalasiya qorxusunun qarşısını almaq idi.

Nüvə Silahsızlaşdırma Kampaniyasının baş katibi Kate Hudson deyib:

“Hazırkı “ehtiyat planı” Britaniya hökumətinin soyuq müharibə zamanı “Qorun və sağ qal” kampaniyasına bənzəyir. Həmin kampaniya nüvə hücum ehtimalı ilə bağlı yanlış təəssürat yaratdığına görə qınanılmışdı”.

“Nüvə silahından istənilən istifadə 1945-ci ildən bəri qüvvədə olan tabuları pozacaq və bu, hamı, həmçinin Rusiya üçün ciddi nəticələrə gətirib çıxaracaq”, - adı çəkilməyən Qərb rəsmisi bildirib

"FƏLAKƏTLİ NƏTİCƏLƏR OLACAQ..."

Xatırladaq ki, keçən ayın sonunda ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan demişdi: "Moskva altı və ya yeddi Xirosima partlayışı gücünə malik olan taktiki nüvə silahından istifadə etməyə cəhd etsə, bunun “fəlakətli nəticələri” olacaq".

Qərb qeyri-müəyyənliyi qorumaq üçün necə reaksiya verəcəyini açıqlamaq istəmir. Rusiyanın belə bir hücumundan sonra Qərbin nüvə silahına malik ölkələrinin görəcəyi işlər önəm kəsb edir.

Gözlənti budur ki, tez bir zamanda baş verə biləcək qlobal fəlakətindən qaçmaq üçün ilk cavab nüvə deyil. Bu fikir ötən gün Emmanuel Makronun verdiyi açıqlama ilə üst-üstə düşür.

Makron Rusiyanın Ukraynaya nüvə hücumu baş verərsə, oxşar cavab əmri verməyəcəyini bəyan edib. Fransa prezidenti bildirib ki, regionda Ukraynaya ballistik nüvə hücumu olarsa, bu, ölkəsinin fundamental maraqlarına birbaşa təsir etməyəcək. 

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın