“O, Baydendir, mən Ərdoğan”

21, 09, 22
12:00

“O, Baydendir, mən Ərdoğan”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ lideri Co Baydenin görüşü gözlənilir. 

“Azərbaycan Reallığı” xarici KİV-ə istinadən xəbər verir ki, Ərdoğan Baydenlə Nyu-Yorkda ikitərəfli görüş baş tutmasa, təəssüflənməyəcəyini bildirib.

“Niyə təəssüflənirəm? O, Baydendir, mən Ərdoğan”, - Türkiyə lideri vurğulayıb.

Xatırladaq ki, Türkiyə Prezidenti Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edir. Bundan əvvəl Ərdoğanın Baydenlə görüşmək və onunla bir sıra məsələləri müzakirə etmək niyyətində olduğu bildirilir.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın