Ukrayna Ordusu azad etdiyi ərazilərin coğrafiyasını daha da genişləndirə bilər

09, 09, 22
15:00

Ukrayna Ordusu azad etdiyi ərazilərin coğrafiyasını daha da genişləndirə bilər


Müxtəlif mənbələrdən gələn xəbərlərdən məlum olur ki, Ukrayna Ordusunun Rusiyanın müdafiə olunduğu ərazilərin dərinliyinə doğru irəlləməsi üçün uyğun şərait yaranıb. Bunu üçün Ukrayna Ordusunun əsas zərbə istiqamətində uzaqmənzilli reaktiv artılleriya sistemlərinin və hava hücumundan müdafiə kompleklərinin sayının artırılması mütləqdir.

İrəlləyən qüvvələrin önündə yerləşən Rusiya ordusunun vacib silah sistemlərini Ukraynanın artilleriya və PUA-ları qismən təmizləməlidir, HHM isə düşmən dərinliyinə soxulan Ukrayna qoşunlarının havadan mühafizəsini təmin etməlidir. Bu şərtlər daxilində Ukrayna Ordusu rusların müdafiəsindəki yarıb keçdiyi zolağda təşəbbüsü tam ələ keçirərək azad edilən ərazilərin coğrafiyasını daha da genişləndirə bilər.

 AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın