"Mənə ölüm hökmü kəsilib..." - Duqinadan sonra Simonyan şəxsi mühafizəsini gücləndirib

03, 09, 22
18:00

"Mənə ölüm hökmü kəsilib..." - Duqinadan sonra Simonyan şəxsi mühafizəsini gücləndirib


"Ən ağrılı və qəddar formada maksimal dərəcədə şikəst etməklə və qətl prosesində orqanları kəsməklə öldürmək!.." "Belə təhdidləri yalnlız manyaklar və ya qorxulu filmlərin ssenaristləri düşünə bilərdi..." 

Rusiyada hazırki hakimiyyəti aktiv surətdə təbliğ edən "Russia Today" telekanalının baş redaktoru Marqarita Simonyan öz ailəsinin ünvanına daima təhdidlər aldığı barədə məlumat verib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə o, "Rossiya" telekanalında "Axşam Vladimir Solovyovla" proqramının efirində danışıb. 
"Mənə və mənim doğmalarıma ölüm hökmü kəsilib, - Simonyan buna əmindir. - İqtibas gətirirəm: "Ən ağrılı və qəddar formada maksimal dərəcədə şikəst etməklə və qətl prosesində orqanları kəsməklə öldürmək!".
 
Təbliğatçı qəzəblə qeyd edir ki, belə təhdidləri yalnız manyaklar və ya qorxulu filmlərin ssenaristləri düşünə bilər.
 
Marqarita Simonyan ehtiyat edir ki, düşmənləri söz təhdidlərindən əməli işə keçə bilər, ona görə də son aylar özünə cangüdənlər tutub.
 
Darya Duqinanın həlak olmasından sonra Simonyan yüksək təhlükəsizlik tədbirlərinə əməl etməyə başlayıb.
 
"Dünən faciədən iki saat öncə biz parkda gəzirdik. Həm də mühafizə ilə, - Simonyan özünün "Telegram-kanal"ında yazıb.
 
"Mən indi həmışə yazda sui-qəsd cəhdlərindən sonra mühafizə ilə gəzirəm. Kiçik skamyada uşaq topu var. Oğlanlardan biri qəflətən onu nişan alır. Mən ona deyirəm: "Siz nə edirsiniz, o, sadəcə, topdur". O isə mənə cavab verir: "Əgər mənə Sizi aradan götürmək tapşırığı verilsəydi, mən belə edərdim-Sizin getdiyiniz yola, sadəcə, top qoyardım".
 
Mən də düşündüm: "Həqiqətən, bütün bunlar necə də gülməlidir. İki saatdan sonra aydın oldu ki, heç də gülməli deyil".

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın