GƏRGİNLİK ARTIR! Təcili təlimat verildi, Rusiyaya qarşı müharibə hazırlığı başladı

23, 08, 22
16:00

GƏRGİNLİK ARTIR! Təcili təlimat verildi, Rusiyaya qarşı müharibə hazırlığı başladı


Qərb və Rusiya Ukrayna müharibəsinə görə tarixin ən gərgin dövrünü yaşayır. Müharibənin Ukraynanın şərq bölgələrində can almağa davam etdiyi bir vaxtda İngiltərədən diqqətçəkən xəbərdarlıq gəlib.

"Azərbaycan Reallığı" “Daily Mail”ə istinadən xəbər verir ki, İngiltərə ordusunun ən yüksək rütbəıi hərbçilərindən biri kimi tanınan Pol Karni əsgərlərə "Rusiya ilə müharibəyə hazır olun" tapşırığı verib.

“Soldier” jurnalı üçün məqalə yazan Karni döyüşə fiziki hazırlıqların yoxlanmasını tapşırıb.

“Dünya dəyişib və biz yeni reallıqlara hazır olmalıyıq. Bizim yoxluğumuzda ən çətin vəziyyətdə olacaq insanlar sevdiklərimiz və ailələrimizdir. Onları buna hazırlamağımız vacibdir” - İngilis hərbçi məqaləsində yazıb.

Xatırladaq ki, bir müddət əvvəl Britaniya ordusunun komandanı general Ser Patrik Sanders də ingilis əsgərlərinə “Avropada döyüşməyə hazır olun” mesajı vermişdi.

“İndi müttəfiqlərimizlə bərabər döyüşməyə və Rusiyanı məğlub edə biləcək ordunun formalaşdırılmasına məcburuq. Biz hərbçiləri yenidən Avropada döyüşməyə hazırlamalıyıq. Ordunun modernləşdirilməsi prosesini sürətləndirməli, böhranlara daha tez cavab vermək üçün əsgərləri sürətlə ölkə xaricinə yerləşdirməliyik” - əvvəllər Şimali İrlandiya, Kosovo, İraq və Əfqanıstanda əməliyyatlara komandanlıq etmiş 56 yaşlı Sanders bildirib.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın