Xameneidən Putinə: “Nəyin bahasına olursa-olsun Zəngəzur dəhlizi açılmamalıdır”

02, 08, 22
13:00

Xameneidən Putinə: “Nəyin bahasına olursa-olsun Zəngəzur dəhlizi açılmamalıdır”


“Erməni siyasi elitası İranın Qarabağ münaqişəsində status-kvonun saxlanmasında maraqlı olduğunu deyir”. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu İranın “Tahlil Bazaar” saytı yazıb. Sayt “Ermənistan: İranın Avrasiyaya “tramplin” çıxışı: Zəngəzur dəhlizinin Tehran-İrəvan əlaqələrinə təsiri” adlı məqalə dərc edib.

“İran-Avrasiya Azad Ticarət Zonasının yaradılmasına dair müvəqqəti saziş Avrasiyaya üzv ölkələrə İran bazarına daxil olmaq üçün Mehri Azad İqtisadi Zonasından “tramplin” kimi istifadə etmək imkanları yaradır.

Eyni zamanda nəzərə almaq lazımdır ki, Ermənistanın Azərbaycan və Türkiyə tərəfindən “mühasirəyə alınması” səbəbindən ABŞ bu ölkəni İranla iqtisadi əlaqələrini dayandırmağa məcbur etməyib və bunu İrəvan üçün zərurət hesab edib. Hətta Amerikanın 2018-ci ilin mayında İranla nüvə sazişindən çıxması da bu balansı dəyişmədi. Ona görə də, Vaşinqton Ermənistana İrandan qaz və ya sement kimi mallar idxal etdiyinə və ya bu ölkəyə elektrik enerjisi ixrac etdiyinə görə heç bir sanksiya tətbiq etməyib.

Ermənistan və İran arasında iqtisadi əlaqələr son 30 ildə nəzərəçarpacaq dərəcədə inkişaf edib. Bununla belə, İran Ermənistanın əsas ticarət tərəfdaşları sırasında deyildi. İkitərəfli münasibətlərdə Ermənistan üçün əsas məqam İranın Qarabağ münaqişəsinə balanslı yanaşması olub.
Erməni siyasi elitası qəti şəkildə inanır ki, İran Qarabağda 1994-cü ilin mayında atəşkəsdən sonra yaradılmış status-kvonun saxlanmasında maraqlıdır. Çünki Türkiyə Cənubi Qafqazda İranın rəqiblərindən biridir və Türkiyənin bölgədə hər hansı təsirinin artması İranın həyati maraqlarına ziyan vurur”.

Hətta İran rejiminin lideri Xamenei Tehranda Putinlə görüşündə Putindən xahiş edib ki, Rusiya iranın vasitələri ilə Zəngəzurun azad edilməsinə mane olsun.

“İran İslam Respublikası heç vaxt İran və Ermənistan arasında sərhədin bağlanmasına səbəb olan siyasət və proqramlara dözməyəcək.
Siz və bizim prezidentimiz eyni fəaliyyət yönümlüdür və bu, davamlıdır. Ona görə də iki ölkə arasında əməkdaşlıq İran və Ermənistan arasında sərhədin bağlanmasına səbəb olan siyasət və proqramların qarşısını almalıdır”, – Xamenei deyib.

Qeyd edək ki, Paşinyan və Ermənistan hakimiyyəti bundan əvvəl də bəyanatlarında bildiriblər ki, Ermənistan 1990-cı illərin əvvəllərində İran rejiminin etdiyi yardımları, Ermənistanın xilasına səbəb olan yardımları heç vaxt unutmayacaq.

Xatırladaq ki, İran rejiminin hərbi komandirləri 90-cı illərdə Azərbaycanda olub və Ermənistana casusluq ediblər. (Konkret.az)

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın