Putinlə sevgilisi olan məşhur rusiyalı "gürz Natalya" İsraildə uşaq dünyaya gətirəcək...

24, 07, 22
18:00

Putinlə sevgilisi olan məşhur rusiyalı "gürz Natalya" İsraildə uşaq dünyaya gətirəcək...


"Natalya Raqozina xokkeyin ehtiraslı fanatıdır və Gecə Xokkey Liqasında 11 saylı əfsanəyə çevrilib..." 

İsrailin elit klinikalarında hamilələyin gedişi 3 min ABŞ dollarınadır, doğuş isə 5, 5 min dollardan başlayır..." 
 
Keçmişdə məşhur olan peşəkarlar arasında boks üzrə orta çəki dərəcəsində (76, 203 kq-dək) dünya kubokunun sahibi, həvəskarlar arasında boks üzrə ikiqat Avropa və beşqat Rusiya, kikboksinq üzrə beşqat Rusiya çempionu Natalya Raqozina İsraildə doğuşa hazırlaşır.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Rusiyanın "Komsomolskaya pravda" nəşri yazıb.
 
Məlumata görə, Raqozina İsrailin ən dəbdəbəli rayonlarının birində-Hersli şəhərində ev icarəyə götürüb və Təl-Əvivin tibb mərkəzlərinin birində müntəzəm olaraq mütəxəssislərin müşahidəsi altındadır.
 
Natalya Raqozinanın 24 yaşlı oğlu var, hazırda ordu sıralarında xidmət keçir.
 
Nəşr İsraildə tibb xidmətlərinin qiymətlərini açıqlayıb. Elit klinikalarda hamiləliyin gedişi təxminən 3 min ABŞ dollarınadır, doğuş 5, 5 min dollardan başlayır.
 
2015-ci ildə ABŞ KİV-ləri Rusiya prezidentinin "gürz-Natalya" ayamalı boks üzrə mütləq çempion ilə, guya, romantik münasibətləri barədə məlumat verib.
 
Belə şayiələrə səbəb kimi Raqozinanın Soçidə sambo üzrə beynəlxalq turnirdə fəxri qonaqlar üçün lojada Putinin yanında peyda olması göstərilib.
 
Rusiya KİV-ləri isə qeyd edib ki, xokkey üzrə həvəskar komandaların Soçi festivalında Raqozina və Putin eyni komandada oynayıb.
 
Natalya Raqozina Rusiyanın həvəskar qadın xokkey liqasının prezidentidir, məlum olduğu kimi, xokkeyin ehtiraslı fanatı olaraq Gecə xokkey liqasında 11 saylı əfsanəyə çevrilib.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın