Adnan Oktarın namazı bir rükətli imiş, araq isə haram deyilmiş

23, 07, 18
12:34

Adnan Oktarın namazı bir rükətli imiş, araq isə haram deyilmiş


Adnan Oktar təşkilatına qarşı istintaq davam edir. Ötən yazımızda da qeyd etdiyimiz kimi, Adnan Oktarın istintaq ifadəsi hissə-hissə mediaya ötürülür. 
Azerbaycanrealligi.com "Hürriyət" qəzetinə isitnadən məlumatına görə, 15 İyul 2016 dövlət çerilişi zamanı gecə Akıncı bazasına getmiş FETÖ-nün Türkiyə Silahl Qüvvələri imamlarından olan Kamal Batmaz da məhkəmədə kamera görüntüləri baxdıqdan sonra özünü təkzib etmişdi. Adnan Oktar da istintaq zamanı öz səs yazılarını inkar edib. Oktar bildirib ki, "o, mən deyiləm. Belə çıxış etdiyimi xatırlamıram". 
Yarıçılpaq qadınlarla özünə aid A9 kanalında canlı yayımda min hoqqadan çıxan, "Ankaranın bağları" mahnısı altında çox iyrənc oyunlar oynayan Adnan Oktara hicab mövzusu da sual edilib. 

Qəzetin yazdığına görə, bu qrupun bəzi üzvləri əvvəllər hicablı olub, amma sonradan tamamilə soyunublar. Adnan Oktara, "hicabı niyə bikini ilə başlayırsınız", - deyə ünvanlanan suala, "hicab üçün bikini geyinmək kifayətdir. Çünki Qurani-Kərimdə belə deyilir", cavabını verib. 
"Hürriyət" yazarı Əbdülqadir Selvi yazır ki, Fətullah Gülən də hicab üçün "Füraattır" fətvası yayımlayaraq, öz nümayəndələrinin başlarını açmalarına və içki içməsinə icazə vermişdi: "Onun bunu nə məqsədlə etdiyini isə 15 İyul dövlət çevrilişinə cəhd zamanı gördük."

Adnan Oktara istintaqda içki ilə bağlı da sual ünvanlanıb. Çünki onun qruplaşması yalnız şərabı içki sayır. Villasına edilən basqında da araq, rakı və viski şüşələri tapılmışdı.
Adnan isə suala cavab olaraq, "Quranda yalnız şərabın adı keçir, o haramdır, digərləri isə halal!", - deyə bildirib. 
O da məlum olub ki, Türkiyənin məşhur Çırağan sarayında iftar vermələrinə baxmayaraq, qruplaşma üzvləri oruc tutmurlarmış. Onların namazları da fərqli olub. Adnan Oktarın tapşırığı ilə gündə cəmi 2 dənə namaz qılırlarmış. Namazları isə bir rükətli imiş. Təkbir söylədikdən sonra üç dəfə, "Allah Kərimdir, Allah Kərimdir, Allah Kərimdir", - dedikdən sonra səcdəyə gidip, namazı bitirirlərmiş.

Adnan Oktar qrupuna qarşı əməliyyatın kənara sızmaması üçün böyük diqqət göstərilib, uğurla həyata keçirilib. Bir gecə əvvəl Adnan Oktar A9 kanalındakı canlı yayım üçün "İncə" saz ansamblı dəvət edib. Canlı yayım bitdikdən sonra xüsusi komandayla əyləncə keçirməyi planlaşdırıb. Ancaq veriliş bitəndə Adnan Oktar yorğun olduğunu söyləyərək, "sabah axşam edərik", - deyib. Bir gün sonra "İncə" saz ansamblını göslədikləri vaxt qapıya polis gəlib. Adnan Oktar əməliyyatdan xəbər tutan kimi qaçmağa çalışıb. Qaçış üçün "A" və "B" planları hazırlayıb. "A" planı dəniz yolu ilə qaçış imiş, amma sahil mühafizə xidməti buna imkan verməyib. Təlaş içində bəzi yerlərə zəng vurmağa çalışıb və küçə ilə qaçarkən dalana girib. Yaxınlıqdakı başqa bir gizli evi var imiş, orada gizlənməyə çalışırmış.

Türkiyədə baş tutmayan 15 İyul dövlət çevrilişindən sonra Adnan Oktar qruplaşmasına çevrilişə qarşı olduqlarını göstərən materiallar hazırlamağı və A9 kanalında yayımlamağı tapşırıb. 16 iyulda isə FETÖ-çülər kimi  "kedicik"lərinə küçələrə çıxaraq Türkiyə bayrağı ilə şəkil çəkdirməyi, sosial şəbəkələrdə paylaşmaq göstərişi verib. Adnan Oktar istintaqdakı ifadəsi zamanı bu işlərini arqumenti kimi göstərib, çevrilişə qarşı olduqlarını sübut etməyə çalışıb. Amma gecə əməliyyatları zamanı söylədiyi, "Tayyibi indi asarlar", sözləri onu polis tərəfindən xatırladılıb.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın