"Zelenski, qaç, qaç! Çünki axırın çatıb" - Kadırov

22, 04, 22
16:30

"Zelenski, qaç, qaç! Çünki axırın çatıb" - Kadırov


Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskini öldürmək istəməsi ilə bağlı yayılan xəbərləri şayiə adlandırıb və məsxərəyə qoyub.

Ramzan Kadırov özünün Telegram kanalında Zelenskini ələ salan açıqlama yayıb.

"Mətbuatdan bu cəfəngiyyatı oxuyuram. Guya, Zelenskini öldürməyi öz öhdəmə götürmüşəm. Mən və ya mənim qrupum haqda belə yazırlar. Zelenski, qaç, qaç! Çünki axırın çatıb, səni özününkülər aradan götürəcək.

Sən bizi narahat etmirsən, çünki sadəcə, KVN komandasının yaxşı oyunçususan... Hadi, gözün hara baxırsa, qaç”, - Kadırov bildirib.
O, əlavə edib ki, bu cür söz-söhbətlərə öyrəşib və artıq onlara fikir vermir.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın