Separatçı rejim gözlənilmədən gecə təlimlərinə başladı...-İBRƏT GÖTÜRMƏLİ!..-FOTOLAR

20, 02, 22
16:30

Separatçı rejim gözlənilmədən gecə təlimlərinə başladı...-İBRƏT GÖTÜRMƏLİ!..-FOTOLAR


“Sülhməramlı” adı altında Moldova ərazisinə yerləşdirilmiş Rusiya qoşunları  30 ildir ki,  oradadır və..." 

Qondarma separatçı "Dnestryanı Moldova respublikası”nda(“DMR”) - faktiki olaraq Rusiyanın nəzarətində olan Moldova ərazisində gözlənilmədən separatçı ordunun qaranlıqda  koordinasiya təlimləri  həyata keçirilib.

Ukrayna mediası xəbər verir ki, bu barədə separatçı “DMR Müdafiə Nazirliyi”nin saytı məlumat yayıb. 

"Motoatıcı diviziyalarda taqımların döyüş uzlaşmasının əvvəlki mərhələlərində nəzarət-taktiki təlim və gündüz şəraitində döyüş atəşi aparılıb. Gecə saatlarında hədəf sahəsinin məhdud görünməsi canlı atışları çətinləşdirib. Zirehli transportyorlardan və kiçikçaplı silahlardan atəş açılıb. ZTR-lərin pulemyotundan və atıcı silahlardan atəş  "trassir"  güllələri ilə həyata keçirilib. Müxtəlif məsafələrdə  şərti düşmənin “zirehli maşınları” və “piyada dəstəsi” vurulub”, - məlumatda belə deyilir.

Rusiyanın öz qoşunlarını Ukrayna sərhədinə toplaması fonunda təlimlərin hansı məqsədlə keçirildiyi barədə məlumat verilmir.
 
Qeyd edək ki, Rusiya ordusunun mövcud olduğu separatçı “PMR” də  Ukrayna ilə sərhədə malikdir.
 
Xatırladaq ki, 1992-ci ildə Dnestryanı münaqişənin nəticələrinə görə Rusiya qoşunları bu gün də qondarma “Dnestryanı Moldova respublikası”nda yerləşir.
 
1992-ci ildə Moskvada imzalanmış Dnestryanıda silahlı münaqişənin sülh yolu ilə nizamlanması prinsipləri haqqında Sazişə uyğun olaraq Rusiya, Moldova və Dnestryanı sülhməramlı qüvvələrinin postları təhlükəsizlik zonasında (çay boyu 200 km-dən çox) yerləşdirilib. .
 
Dnestryanı bölgənin ərazisində 1500-dən çox rus hərbçisi, Rıbnitsa vilayətinin Kolbasna kəndindəki hərbi anbarlarda isə 20 min tondan çox sursat və bomba saxlanılır.
 
Bir neçə il əvvəl BMT Baş Assambleyasının qətnaməsində xarici silahlı qüvvələrin Moldova Respublikası ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, qondarma “Dnestryanı Moldova respublikası”  Rusiya hərbi kontingentini çıxarmaqdan imtina edib. 
 
P.S. Göründüyü kimi,  “sülhməramlı” adı altında Moldova ərazisinə yerləşdirilmiş Rusiya qoşunları  30 ildir ki,  oradadır. Və Moldova xalqı və dövləti həmin ordunun öz torpağından çıxarılmasına nail ola bilməyib… Və nəticədə separatçı “DMR” rejimi faktiki “dövlət”ə çevrilib… Sözsüz ki, Rusiya bu günkü avtoritar imperiya formatında qaldıqca digər separatçı qurumlar kimi “DMR”-də mövcudluğunu davam etdirəcək…Azərbaycan xalqı və dövləti bundan ibrət götürməli və Rusiya ordusunun “sülhməramlı” adı altında öz torpaqlarında qarşıdakı 3 ildən artıq qalmasına imkan verməməlidir… 

AZƏRBAYCANREALLIĞI.COM


Bizimlə əlaqə saxlayın