“Ukrayna öz torpaqlarını müdafiə edəcək” - Zelenski

20, 02, 22
12:00

“Ukrayna öz torpaqlarını müdafiə edəcək” - Zelenski


Ukraynaya kömək etmək üçün Rusiyanın mümkün işğalının tarixləri barədə daim danışmaq lazım deyil.

Bunu illik Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Ukraynanın prezidenti Vladimir Zelenski deyib. O, ukraynalıların hər gün öz torpaqlarını müdafiə etməyə hazır olduqlarını vurğulayıb və qeyd edib ki, Ukraynanın Avropa İttifaqına və NATO-ya daxil olmasını yaxınlaşdıracaq qərarlar gözləyir.

Zelenski həmçinin deyib ki, Ukrayna öz torpaqlarını tərəfdaşları ilə və ya tərəfdaşları olmadan müdafiə edəcək. O, 1994-cü ildə Ukraynanın qeyri-nüvə ölkəsi statusunu tanıdığı Budapeşt Memorandumu çərçivəsində məsləhətləşmələrə başladığını bildirib.

Prezident dördüncü və sonuncu dəfə, məsləhətləşmələrə təşəbbüs göstərəcəyini deyib. “Onlar bir daha baş verməsə və ya dövlətimizin təhlükəsizliyinə təminat əsasında konkret qərarlar qəbul edilməsə, Ukraynanın Budapeşt Memorandumunun işləmədiyinə inanmağa və 1994-cü ildə qəbul edilmiş bütün paket qərarların sual altında olmasına inanmağa tam haqqı olacaq”, - deyə Zelenski vurğulayıb.

Ukrayna prezidenti qeyd edib ki, Kiyev böhranı sülh yolu ilə həll etməyə hazırdır. "Ukrayna sülh yolu ilə nizamlanma naminə yalnız diplomatik yolla getməyə davam edəcək. Bizim tərəfimizdən imzalanmamış, lakin əməl etməli olduğumuz Minsk razılaşmaları çərçivəsində. Həm də bizim pozmadığımız Normandiya formatı çərçivəsində. Amma bu o demək deyil ki, sülh axtarışları təkcə bununla məhdudlaşmır”, - deyə Zelenskidən “İnterfaks-Ukrayna” agentliyi sitat gətirir.

Zelenski həmçinin bildirib ki, Ukrayna Avropanın Rusiya ordusuna qarşı “qalxanı” olduğu üçün daha güclü beynəlxalq dəstəyə layiqdir. Prezident əmin olduğunu bildirib ki, rus xalqı ukraynalılara qarşı müharibə apara bilməyəcək. Ukrayna lideri həmçinin Donbasın Kiyevin nəzarətində olmayan bölgələrində çoxlu təxribatların olduğunu deməsinə baxmayaraq, sakitliyə çağırıb.

Zelenskinin Münhen Təhlükəsizlik Konfransındakı çıxışı Donbass ətrafında vəziyyətin gərginləşməsi fonunda baş tutub. Son bir neçə gündə silahlı qarşıdurmaların kəskinləşməsi müşahidə olunur.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın