Qazaxıstanda Nazarbayevin sülaləsi məhv edilir

Dünya / Manşet
 18-01-2022, 13:30     163


Yanvarın 17-də Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin eyni zamanda bir neçə ailə üzvünün yüksək vəzifələrdən azad edildiyi barədə məlumat yayılıb.

Belə ki, Timur Kulibayev (Nazarbayevin ortancıl qızının həyat yoldaşı) “Atameken” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri vəzifəsindən azad edilib. Forbes Kulibayevin ailəsinin sərvətini 3 mlrd. dollar olaraq qiymətləndirir.

Bundan başqa, prezident Tokayev Samat Abi Milli Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsindən azad edib. Bir müddət əvvəl Abişin saxlanıldığı barədə məlumat yayılmışdı.

Kulibayevlər respublikanın ən böyük bankına - Xalq Bankına nəzarət edirdilər.

Nazarbayevin digər iki qohumu da vəzifələrindən azad edilib. Qazaxıstanın eks-prezidentinin kiçik qızı Aliyanın həyat yoldaşı Dimaş Dosanov “Kaztransoyl” SC-nin baş direktörü vəzifəsindən vaxtından əvvəl azad edilib.

Nazarbayevin böyük qızı Dariqanın həyat yoldaşı olduğu deyilən Kayrat Şaripbayev “QazaqGaz” SC milli qaz şirkətinin idarə heyətinin başçısı vəzifəsində il yarımdan az işləyib. Yanvarın 15-də o da vəzifədən azad edilib.

Bu arada, Nazarbayevin övladlarının Cenevrə və Londondakı villalarında olduğu deyilir. Nazarbayev özü yanvarın əvvəlindən ictimaiyyət qarşısına çıxmayıb və qeyri-rəsmi məlumatlara görə, Ərəb Əmirliklərindədir.

Göründüyü qədər, yaxın günlərdə Nazarbayev ailəsinin və onun sülaləsinin sərvətlərinin milliləşdirilməsinə başlanacaq.

AZƏRBAYCANREALLIĞI.COM