Jirinovski öz ampulasında: “Nazarbayev çoxdan ölüb, basdırıblar...”

Dünya / Manşet
 16-01-2022, 15:00     127


Rusiyanın Liberal Demokratik partiyasının rəhbəri Vladimir Jirinovski yenə açıqlaması ilə gündəmə gəlib.

Jirinovski Qazaxıstanın keçm prezidenti Nursultan Nazarbayevin çoxdan öldüyünü və artıq dəfn edildiyini iddia edib.

O, bu fikirini Nazarbayevin uzun müddətdir ki, ictimaiyyət qarşısına çıxmaması ilə əsaslandırıb. Partiya sədri bu sensasion iddianı “Komsomolskaya Pravda” radiosunun efirində səsləndirib.

“Məncə, o, çoxdan ölüb. Çoxdan vəfat edib və basdırılıb. Müsəlmanlar həmin gün dəfn edirlər. Bu cür sakit gizlənmək, heç nə deməmək və həyatda olmaq? Mümkün deyil, bu istisnadır", - deyə Jirinovski danışıb.

Siyasətçi bildirib ki, hadisələrin bu cür gedişatı “Şərqdə normal sayılır”. Xalq Nazarbayevə kütləvi şəkildə qarşı çıxdığına görə eks-prezidentdən qurtula da bilərdilər.

AZƏRBAYCANREALLIĞI.COM