Tanınmış alimdən sensasion PROQNOZ: “Erməni qadınları İrəvanda küçəyə çıxıb...“

31, 12, 21
16:30

Tanınmış alimdən sensasion PROQNOZ: “Erməni qadınları İrəvanda küçəyə çıxıb...“


Tanınmış ermənünas alim, Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı Ermənistan-Türkiyə münasibətlərinin mövcud durumu və gözlənilən normallaşma prosesinin gedişatını şərh edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, o, moderator.az-a açıqlamasında Ermənistanda Türkiyə ilə bağlı hansısa fikir dəyişikliyinin olmasının çətin olduğunu bildirib. Qeyd edib ki, Türk düşmənçiliyi bu millətin qanına işləyib: "

Paşinyanın  bu gün qonşu ölkə ilə münasibətləri normallaşdırmaq cəhdləri də top - tüfənglə qarşılanır. Tarixə nəzər salsaq, Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa o zaman getmişlər ki, ermənilərin burnu əzilib. 1918-ci ildə də, 1920-ci ildə də Türkiyə ilə barış anlaşmasına ona görə gediblər ki, o zaman onların başqa yolu olmayıb. Hətta elə tarixi faktlar var ki, ermənilər türklərə yalvarıb qarşılarında diz çöküblər. Soyqırımda ittiham etdikləri və sonra terrola öldürdükləri Tələt paşa ilə görüşmək üçün İstanbulda erməni heyəti aylarla qalıb. İndi də sanki tarix təkrar olunur. Türkiyə münasibətləri normallaşdırmaq üçün təmsilçisini, təcrübəli diplomat Serdar Kılıcı görəvləndirərkən şübhəsiz bu ölkənin dünya müstəvisində Türkiyəyə qarşı iddialarını nəzərə almışdır".

Professor deyib ki, Ermənistan Türkiyənin heç bir şərt irəli sürmədən diplomatik əlaqələr qurulması təklifi onsuz da qəbul edilən deyil. Şərtlər öz-özlüyündə ortadadır: 

"1993-cü ildə sərhədlərin bağlanması yalnız Kəlbəcərin işğalı ilə əlaqəli olmamışdır. Ondan əvvəl Ermənistan müstəqilliyini elan edərkən Türkiyəyə qarşı ərazi iddiaları irəli sürmüşdür, qondarma "erməni soyqırımı" məsələsini rəsmi dövlət ideologiyası halına gətirmişdir və bunlardan hələ imtina etməmişdir. Türkiyədə bəzi xadimlər hesab etsələrsə də, Qarabağın işğaldan azad edilməsi ilə Ermənistana  tətbiq olunan diplomatik gedişat dəyişmişdir, bu belə deyildir. Bu gün Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın Erməni diasporuna müraciət etdi və onu  da ifadə etdi ki, Ermənistan Türkiyəyə qarşı olan əvvəlki siyasətindən, ideologiyasından əl çəkməlidir.

Bu münasibətləri Ermənistanda müzakirə edən siyasi adamlar da o fikirdədirlər ki, ön şərt irəli sürülməsə belə Türkiyə Ermənistandan düşmənçilk siyasətindən vaz keçməyi tələb edəcək. Məncə də Türkiyə Ermənistana sərhədlərini açıb onu sıxıntıdan çıxarakən mütləq tələblərini ortaya qoymalıdır. Ermənistan tərəfdən təmsilçi olaraq atanan Ruben Rubinyan Türkiyədə iki il yaşamış birisidir, Türkün kim olduğunu yaxşı bilir və təcrübəli həmkarı qarşısında işin hansı səviyyəyə varacağını da bilməmiş deyil. İndiki halda məncə Ermənistanla münasibətlərin asanca qurulması mümkün deyil, ona görə yox ki, Ermənistan bunu istəməyəcək. Bu sadə səbəbə görə ki, bu münasibətlərin qurulması üçün hüquqi baza yoxdur. Ermənistan Konstitusiyasını dəyişməlidir. Bu həm də Azərbaycanla münasibətlərin, hansısa sazişin əldə olunmasına maneədir. Paşinyan bunlara gedəcəkmi?.  

Belə bir komissiya yardılıb artıq. Amma Konstitusiyanı dəyişdirmək hələ rəsmi dövlət siyasətini dəyişdirmək anlamaına gəlməz. Burada içtəhdidlər də zaman içində öz təsirini göstərəcək. Paşinyanın öz hakimiyyətini qorumaq, saxlamaq qayğıları da vardır. 2022-ci il Ermənistan üçün yeni sürprizlər ili ola bilər və bu gün gözlədiyimiz məsələlər tərsinə də çevrilə bilər... Bunlar Türkiyə - Ermənistan danışıqları fonunda yeni reallıqları diqtə edə bilər. Hər halda proses başlamışdır. İbrahim Kalın da dedi ki, bunu Ermənistana daha  çox faydası olacaqdır. Dərk etmək qabiliyyəti olan istənilən erməni anlamalıdır ki, Türkiyə bu dəfə də Ermənistanı bataqlıqdan çıxarmaq istəyir. Yoxsa 1920-ci ildə Gümrüdə olduğu kimi yenə erməni qadınlar küçəyə "Xilaskar Türk Ordusuna alqışlar!" ( Ermənicəsi: “Ողջույն թուրք ազատարար բանակին”.) şüarı ilə çıxmalı olacaqlar. Bu dəfə İrəvanda..."

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın