“Paşinyanın sözlərində barışıq jesti görmürəm“ - Qırğız ekspert

28, 12, 21
18:00

“Paşinyanın sözlərində barışıq jesti görmürəm“ - Qırğız ekspert


Ermənistan Baş naziri dekabrın 24-də onlayn rejimdə mətbuat konfransı zamanı deyib ki, Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan konstitusiyası əsasında baş verməlidir və bu imkanı sələfləri yaradıb.

Nikol Paşinyan deyib ki, Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi əzəldən erməni tərəfinin "xeyrinə" getməyib. Onun sözlərinə görə, Qarabağ tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin hələ 2016-cı ildə irəli sürdüyü təkliflər erməni tərəfi üçün faciəvi olub.

“Prudent Solution” Analitika Mərkəzinin direktoru Esen Usubaliyev bildirib ki, Ermənistan Baş nazirinin bu açıqlamasının səbəblərini anlamaq çox çətindir:

“Mən yalnız güman edə bilərəm ki, Qarabağa tarixi iddialardan əl çəkmək ikinci Qarabağ müharibəsindən sonra erməni xalqının ağır psixoloji durumundan çıxmaq cəhdidir. Bəlkə də Nikol Paşinyan bu açıqlaması ilə Qarabağın heç vaxt ermənilərin olmadığını göstərib və illərlə zəbt etdikləri, işğal etdikləri torpaqları itirməyin acısını azaldıb”.

“Bunda heç bir barışıq jestini görmürəm. Baxmayaraq ki, Ermənistan, nəhayət, sülh istəyir, amma elə şərtlərlə ki onları etiraf etmək rahat olsun. Bu bəyanatlar, təbii ki, alqışlanmalıdır, lakin məncə, onların həm də daxili məqsədi var - Ermənistanın məğlubiyyətinin nəticələrini yumşaltmaq.”.- deyə ekspert fikirlərini tamamlayıb.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın