Türkiyədən də etibarlı vasitəçi? - Putin Ərdoğanın əlini niyə geri çevirdi...


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Donbas məsələsində vasitəçilik təklifi Rusiyada az qala, süngü ucunda qarşılandı. Putinin sözçüsü D.Peskovdan tutmuş, son olaraq XİN nümayəndəsi M.Zaxarovayadək, Moskva rəsmiləri Ərdoğanın təklifini dərhal qəbuledilməz elan elədilər. Zaxarova hətta “belə bir şey heç vaxt mümkün deyil” dedi.

Təbii ki, bu, Putinin mövqeyi idi. Bəs nədən Moskva Ankaranın xoşməramlı jestinə qıcıqlı reaksiya sərgilədi?

Əvvəla, o səbəbə ki, Rusiya postsovet məkanında bu günədək həllini tapmayan münaqişələrdə əsas tərəf, daha doğrusu, körükləyici dövlət olsa da, bunu rəsmən boynuna almağı, etiraf eləməyi xoşlamır. Ona görə ki, özünə əlavə başağrısı istəmir, “kölgədə” qalaraq “parçala, hökm sür” siyasəti əsasında işini görməyi xoşlayır – imperiya varisi olaraq.

Ukraynada, Donbasda da Moskva ənənəvi taktikasına sadiqdir. Halbuki Krımın ilhaqı, ardınca Donbasdakı separatizmə görə Rusiyaya qarşı ABŞ və Avropa Birliyi 8 ildir sanksiyalar tətbiq edir - eyni sanksiyaları işğalçı Ermənistana qarşı 30 ildə görməsək də...

Təsadüfi deyil ki, Moskva rəsmiləri Donbasla bağlı Minsk anlaşmasını xatırladaraq, orada Rusiyanın konflikt tərəfi olmadığını əsas gətirirlər. Ancaq hamı bilir ki, Krımın ilhaqının da, Donbasdakı separatizmin də arxasında Rusiya dayanır. Sponsor da odur. Rusiyanın hərbi-siyasi və maliyyə dəstəyi olmasa, oradakı separatçı rejimlər bircə gün də duruş gətirə bilməz.
Ukrayna müharibəyə hazırlaşır – Onu riskli addımlar atmağa vadar edən nədir?
Kremlin hazırkı inkarçı yanaşması Ermənistanın Qarabağ konfliktindəki mövqeyinə bənzəyir. İrəvan da uzun illər özünü kənarda qoymağa çalışır və belə təbliğat apardı ki, guya keçmiş Qarabağ ixtilafı Azərbaycanla Ermənistan arasında sonuncunun ərazi iddiasından qaynaqlanan bir konflikt yox, Bakının öz müqəddəratı təyinetmə haqqı uğrunda mübarizə aparan mifik “artsax”la, “qəhrəman Dağlıq Qarabağ xalqı” ilə, onun “özünü müdafiə ordusu” ilə olan münaqişədir. Təbii ki, bu nağıla heç kim, hətta ermənilərin özləri də inanmırdı. Əks halda, Ermənistan oyuncaq qurumun “müstəqilliyini” tanıyardı...

Rusiyaya gəlincə, şübhə yox ki, Moskva onunla Kiyev arasında hansısa dövlətin vasitəçiliyini həm də psixoloji baxımdan “həzm edə” bilmir. Eyni zamanda bir supergüc, imperiya varisi olaraq özünə əskilik sayır. Üstəlik, bu təklif “mehriban düşmən”dən - NATO üzvü Türkiyədən gəlirsə, ikiqat qeyri-məqbul görünür.
AzFakt
Sonra. Kreml qardaş sayılan iki slavyan dövləti arasında müsəlman supergücün vasitəçiliyini də özünə sığışdıra bilmir. Ancaq fakt-faktlığında qalır: bu iki qardaş ölkə 8 ildir bir-biri ilə qanlı bıçaq kimidir. Günahkar isə yüzdə yüz “böyük qardaş” Rusiyadır. O Rusiya ki, hələ 1995-ci ildə ABŞ, İngiltərə, Fransa və Ukrayna ilə birgə Budapeşt anlaşmasına imza atmışdı. Orada deyilir ki, Ukrayna öz ərazisindəki nüvə arsenalını Moskvaya təhvil verməyin əvəzində Rusiya digər nüvə dövlətləri - ABŞ, İngiltərə, Fransa ilə birgə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə zəmanət verir. Yazılı!!!

Moskvanın Ukraynanın ərazi bütövlüyünə necə zəmanət verdiyini bütün dünya 2014-cü ildə gördü...
Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri görüşəcək
Əlbəttə, istənilən münaqişəli vəziyyətdə uğurlu vasitəçiliyin yeganə şərti – vasitəçinin münaqişə tərəflərinin hər ikisi ilə yaxşı münasibət saxlaması və etimad yiyəsi olmasıdır. Bunu vasitəçiliyin “qızıl qaydası” da adlandırmaq olar. Tərəfkeşliklə neytral vasitəçilik əlbəttə ki, bir araya sığmaz. Zira, tərəfkeş artıq bəri başdan qeyri-neytral, qərəzli deməkdir. Məhz neytral olmadığı, hətta işğalçı ölkənin maraqlarını qoruduğu üçün ATƏT-in Minsk Qrupunun 30 illik “vasitəçiliyi” iflasla nəticələndi və reanimasiyası istisnadır. Çünki öz ərazi bütövlüyünü öz gücü ilə, təkbaşına bərpa eləməli olan Azərbaycan bir daha bu formata etimad bəsləməz.
Rusiyanın Ukraynaya hücum xəritəsi yayıldı
Bu mənada əslində Türkiyə, konkret olaraq, Ərdoğan Donbas məsələsində ideal və qərəzsiz vasitəçi hesab olunmalıdır. Çünki Moskva və Putinlə də, Kiyev və Zelenski ilə də isti münasibətləri var. Türkiyədən də etibarlı vasitəçi? Qalır siyasi iradə məsələsi.

Doğru, Ukrayna öz ordusunu gücləndirmək üçün Türkiyədən müasir silahlar, o sırada “Bayraktar TB12” PUA-ları alır. Ancaq qardaş ölkə Rusiyada da belə PUA-lar təklif edib. Rusiya isə imtina edib. Başqa yandan, Moskvada nə tez unutdular ki, Qarabağ konfliktinin mövcud olduğu dövrdə Rusiya işğalçı və satellit Ermənistanla yanaşı, Azərbaycana da silahlar satıb – fərqli qiymətlərə olsa da.
Erdoğan ve Ukrayna Devlet Başkanı Zelenskiy bir araya geldi
Demək, Ərdoğanın əlini geri çevirməyə Putinin əsası yox idi. Hər şey qırağa, bəs biz Ermənistanın əsas müttəfiqi Rusiyanın vasitəçiliyini necə qəbul eləmişik? Moskva hələ də özünü bu statusda görür. Amma gərəkdir ki, özünə rəva bilmədiyini başqasına da görməyəsən...

AZƏRBAYCANREALLIĞI.COM


Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Anar Kərimov işçiləri necə şantaj edir? - İLGİNC İDDİALAR

Anar Kərimov işçiləri necə şantaj edir? - İLGİNC İDDİALAR

  • 17 yan, 16:00
Anar Kərimov işçiləri necə şantaj edir? - İLGİNC İDDİALAR
Azərbaycanlı aktrisa Türkiyənin böyük filmində baş rola çəkildi - FOTOLAR

Azərbaycanlı aktrisa Türkiyənin böyük filmində baş rola çəkildi - FOTOLAR

  • 06 yan, 10:29
Azərbaycanlı aktrisa Türkiyənin böyük filmində baş rola çəkildi - FOTOLAR
Nazilə Səfərli millət vəkillərinə səsləndi: - “Balasına çörək aparmaq üçün...“

Nazilə Səfərli millət vəkillərinə səsləndi: - “Balasına çörək aparmaq üçün...“

  • 05 yan, 18:00
Nazilə Səfərli millət vəkillərinə səsləndi: - “Balasına çörək aparmaq üçün...“
“O boyda kişinin tutduğu işə bax! Allah ona lənət eləsin! “

“O boyda kişinin tutduğu işə bax! Allah ona lənət eləsin! “

  • 23 dek, 14:00
“O boyda kişinin tutduğu işə bax! Allah ona lənət eləsin! “
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar