SON DƏQİQƏ: Ermənistan qarışır: İrəvanda kütləvi aksiyalar başladı - Yollar bağlandı

22, 11, 21
21:00

SON DƏQİQƏ: Ermənistan qarışır: İrəvanda kütləvi aksiyalar başladı - Yollar bağlandı


Ermənistanın paytaxtı İrəvanda bu gün səhərdən etiraz aksiyaları başlayıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, aksiyalar şəhərin müxtəlif yerlərində keçirilir.

Aksiyanın təşəbbüskarları siyasi partiyalar, ictimai təşkilatlar, eləcə də ayrı-ayrı şəxslərdir.

Onlar Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına qarşı çıxır, imzalanması nəzərdə tutulan sənədlərin açıqlanmasını tələb edirlər.

İrəvanın bəzi küçə və prospektlərində aksiyalar səbəbindən avtomobillərin hərəkətində problem yaranıb.

Polis yolları açmaq üçün aksiya iştirakçılarını ərazidən uzaqlaşdırmağa çalışır.

Bu gün saat 17.00-da isə Ermənistan paytaxtının Respublika meydanında mitinq keçirilməsi nəzərdə tutulur. 




AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın