Tehranın Azərbaycana qarşı qara niyyəti və duyğusallığı...

29, 09, 21
15:00

Tehranın Azərbaycana qarşı qara niyyəti və duyğusallığı...


Prezident İlham Əliyev Bakının məsuliyyətli və ölçülü siyasətinə Tehranın “duyğusal reaksiyası” verdiyini dedi - rəylər


Əvvəllər, Azərbaycan İranın ermənilərə dəstək siyasətindən latent və üstüörtülü giley-güzar edirdisə, müxtəlif diplomatik kanallarla öz narazılığını dilə gətirirdisə, ayrı-ayrı siyasətçilərin, deputatların çıxışlarında Tehrana etiraz vardısa, son bir ayda gərginlik açıq və rəsmi müstəviyə keçdi, heç bir gizlilik, sirr qalmadı. İran öz nanəcib addımları ilə  o dərəcədə hiddət doğurdu ki, artıq Azərbaycanın siyasi rəhbərliyi səviyyəsində məsələyə reaksiyalar oldu.

Prezident İlham Əliyevin həm İranın sərhədlərimizə yaxın ərazidə hərbi təlimlər keçirməsinə, həm TIR-ların Xankəndinə icazəmiz olmadan yük daşımalarına kəskin münasibət bildirməsindən gedir.

Ölkə başçısı Türkiyənin rəsmi “Anadolu” agentliyinə müsahibəsində İranın sərhədlərimizin yaxınlığında keçirdiyi hərbi təlimləri çox təəccüblü hadisə adlandırıb: “Çünki 30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı. Əvvəla, onu deməliyəm ki, hər ölkə öz torpaqlarında istədiyi hərbi təlimi keçirə bilər. Bu, onun suveren haqqıdır. Buna heç kim heç nə deyə bilməz. Amma bunu bir zaman kəsiyində analiz etdiyimizdə belə şeyin heç vaxt olmadığını görürük. Nədən indi və nədən bizim sərhədlərimizdə? Bu soruları mən deyil, Azərbaycan cəmiyyəti soruşur. Bu soruyu dünyadakı azərbaycanlılar soruşur. Bir sual da verilir ki, nədən işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilərin Cəbrayıl, Zəngilan və Füzulidə olduqları dövrdə nədən təlim keçirilmirdi?  Nəyə görə biz bu torpaqları azad etdikdən sonra, 30 illik əsarət və işğala son verdikdən sonra bu edilir? Bu suallar haqlı suallardır. Əlbəttə, biz bölgədə uzun müddətli əməkdaşlığa zərbə vuracaq heç bir durumun olmamasını istəyirik. Bir daha təkrar edirəm, Azərbaycan burada çox məsuliyyətli və ölçülüb-biçilmiş hərəkət edir. Bizim haqlı, legitim addımlarımıza qarşı göstərilən duyğusal reaksiyaların keçici olduğuna ümid edirəm”.
Prezident medallarla bağlı qanunu təsdiqlədi | Report.az
İ.Əliyev İranın sərhədlərimizdə hərbi təlimlərinə konkret və aydın mövqe sərgilədi. Bu təlimlərin rəsmi Bakını narahat etməsinə deyil, sadəcə, Azərbaycan cəmiyyətində əsaslı suallar doğurduğuna açıq mesaj verdi. Üstəlik, Bakının məsuliyyətli və ölçülü siyasətinə Tehranın hərbi təlimlərlə “duyğusal reaksiya verməsi” ilə müqayisə etdi. Bu, həm də o deməkdir ki, bu cür reaksiyalar bizi qorxutmaz, doğru bildiyimiz siyasətdən çəkindirməz. Bəs İran necə, İ.Əliyevin bu mövqeyindən sonra öz siyasətinə “əl gəzdirəcəkmi?”

Parlamentin İnsan hüquqları komitəsinin üzvü, deputat Elman Nəsirov açıqlamasında Prezidentin cəmiyyətdən gələn haqlı sualları dilə gətirdiyini vurğuladı. E.Nəsirovun sözlərinə görə, buna qədər Azərbaycan müxtəlif diplomatik kanallarla İrana narazılığını çatdırmışdı, amma vəziyyət bu həddə gəlib çıxdı.

“Cənab Prezident İranın Azərbaycana qarşı siyasətindən narazılığını ifadə edərkən söylədi ki, bizi dost, qardaş ölkə sayırlarsa, bu etdikləri anlaşılmaz məsələlərdir. Və ölkə başçısı onu da qeyd etdi ki, İranın Xankəndinə yük daşımasını bilirdik, narazılığı diplomatik yollarla çatdırmışdıq, sonra İranın Bakıdakı səfiri ilə görüş də təşkil edildi, amma bütün bunlar nəticə vermədikdən sona Gorus-Qafan yolunda gömrük postu quruldu. Təsəvvür edin ki, bir ay ərzində 58 İran yük maşınının Xankəndinə getməsi müəyyən edilmişdi. Sülhməramlı yerləşən ərazi İran üçün niyə bu qədər əhəmiyyət kəsb edir? Post qurulduqdan sonra bir maşın da keçməyib. Niyə dost ölkə vəziyyəti bu həddə gətirib çıxardı?”, - deyə E.Nəsirov bildirdi.
Elman Nəsirov 3 yaşına kimi uşaqlara ödəniş edilməsini
Elman Nəsirov

Deputat Prezidentin sərhədimizə yaxın yerdə İranın hərbi təlimlər keçirməsinə toxunmasını da düzgün hesab edir: “İctimaiyyət təbii olaraq narahatdır ki, İran 30 ildə keçirmədiyi təlimi indi edir. Bu məsələləri Prezident Tehranın nəzərinə çatdırdı. Dövlət başçısı dedi ki, İranın bu məsələləri nəzərdən keçirəcəyini güman edir. Sizə deyim ki, İranın rəsmi ideologiyası Xomeynizmdir. Burada iki xətt var - hansı müsəlman ölkələrində siyasi rejimlər Qərbyönümlüdürsə, o ölkələrə İranın islam inqilabını ixrac etmək məsələsi dayanır. İkincisi, ”müsəlmanın müsəlmandan yaxın dostu yoxdur" siyasətidir. Biz bu ideologiya ilə baxsaq, müsəlman ölkəsi kimi İrana ən yaxın ölkə Azərbaycan olmalıdır və ermənilərə də dəstək verməməlidir. Təəssüf ki, biz İran siyasətində bunun əksinə gördük".
Arzuxan Əlizadə — Vikipediya
 Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə qeyd etdi ki, İran bundan nəticə çıxarmalıdır. Onun sözlərinə görə, Tehran Azərbaycan cəmiyyətində İranla bağlı formalaşan münasibətin fərqində olmalıdır: “İran bilməlidir ki, ona qarşı cəmiyyətdəki narazılıq nədən qaynaqlanır? Bizimlə qonşu-dost ölkə olduğunuzu bəyan edirsiniz, din qardaşlığımızın mövcudluğunu dilə gətirirsiniz, amma Azərbaycan cəmiyyətində özünüzə qarşı bir mənfi rəyin yaranmasına səbəb olursunuz. Çünki dost və din qardaşlığı edən ölkə erməniyə dəstək verməməlidir. Ən azından nəzərə almalıdırlar ki, İranda 30 milyondan çox türk yaşayır və daxildə narahatlıq yaranmaması üçün bu siyasət dəyişməlidir”.

A.Əlizadə bildirdi ki, Prezidentin bu müsahibəsindən sonra İranın öz siyasətinə düzəliş edəcəyini güman etmək olar: “Amma İran Azərbaycana və Ermənistana həmişə fərqli yanaşıb, işğalçıya dəstək verib. Müharibə ərəfəsində də silahların İran üzərindən Ermənistana daşınması faktı qeydə alınmışdı, narazılıq bildirilmişdi, qələbədən sonra da yenə Tehran erməniyə dəstək siyasətini davam etdirir. Yəni bu yanaşma dəyişmir. Aydın məsələdir ki, Türkiyə-Azərbaycan birgə təlimlərinə cavab olaraq İran sərhəddə təlimlərə başlamışdı. Ancaq bu təlimləri İran özünə qarşı təhdid saymamalıdır. Qarabağa qanunsuz yük daşınmasına görə iki dəfə nota verildi, qulaqardı etdilər. Ona görə İran bundan nəticə çıxarmalıdır”.
Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi
Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, regionda İranın hərbi rəqiblərindən biri Pakistandır: “Və Türkiyəni də İran özünə heç zaman dost hesab etməyib. Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə güclənən hərbi-siyasi nüfuzu, Türkiyə və Pakistanla eyni səviyyədə təlimlər keçməsi, əməkdaşlığı dərinləşdirərək mütəffiqlik səviyyəsinə gəlməsinə sövq etdi. İran üçün bu iki ölkənin bölgədə möhkəmlənməsi, Pakistanın Azərbaycanla müttəfiqliyi ciddi narahatlıqdır. Çünki Əfqanıstan cəbhəsində Pakistana məğlub olan İran onun bizim regionda olmasını həzm edə bilmir. Ona görə ”Üç qardaş" təliminin keçirilməsi İrana bir “şans” verdi ki, bunu özünə qarşı təhdid kimi qiymətləndirsin. İran mətbuatı daxili auditoriyaya bu təlimləri belə şərh etməyə başladı. Təbii ki, bu da vəziyyəti gərginləşdirdi". Ekspertin fikrincə, Türkiyə-Azərbaycan hərbi əlaqələrinin möhkəmlənməsini qəbul edən İran Pakistanla bizim müttəfiqliyimizi həzm edə bilmir: “Çünki Türkiyə İran üçün təhlükə yaradacaq dövlət deyil. Onların arasında rəqabət olsa da, düşmənçilik səviyyəsində deyil”. (Yeni Müsavat)

Emil SALAMOĞLU 

AZƏRBAYCANREALLIĞI.COM




Bizimlə əlaqə saxlayın