ABŞ-dan Türkiyə və Rusiyaya qarşı ŞOK PLAN: Pentaqon bu bölgə üçün HƏRƏKƏTƏ KEÇDİ

19, 09, 21
18:00

ABŞ-dan Türkiyə və Rusiyaya qarşı ŞOK PLAN: Pentaqon bu bölgə üçün HƏRƏKƏTƏ KEÇDİ


Dədəağacı hərbi bazaya çevirən ABŞ indi də Çanaqqala boğazını əhatə edən Limni (Lemnos) , Midilli (Lesbos), Semadirek (Samotraki) ve Skiri adalarına göz dikib.

Azerbaycanrealligi.com xəbər verir ki, Türkiyə və Rusiyanın bölgədəki fəaliyyətinin qarşısını almaq üçün hərəkətə keçən və Lozanna anlaşmasını pozan ABŞ-ın xüsusilə Limnini hava əməliyyatlarında istifadə etmək məqsədilə ələ keçirməyə çalışdığı bildirilir.

Balkanlarda, Aralıq dənizində və Egeydə varlığını təmin etmək, Rusiya və Türkiyəni sıxışdırmaq üçün Dədəağacda baza quran Pentaqonun Egey dənizindəki qeyri-hərbi statuslu, lakin Yunanıstan tərəfindən silahlandırılmış bəzi adalardan istifadə üçün icazə istəyəcəyi qeyd olunur.

ABŞ Türkiyə sərhədindən 40 km aralıda yerləşən Dədəağac limanını genişləndirib və böyük hərbi gəmilərin yerləşə biləcəyi bir baza yaradıb, bu baza vasitəsilə Balkanlara minlərlə tank və hərbi maşın göndərib. ABŞ və Yunanıstan Dədəağacın istifadəsinə dair müqaviləni daha 5 il uzadacaqlar.

Amerikanın əvvəlki razılaşmalara əlavə olaraq bəzi adalarda varlığını təmin etmək istədiyi bir vaxtda Yunanıstanın Xarici İşlər naziri Nikos Dendiasın oktyabrda Vaşinqtona səfər edəcəyi vurğulanır.

Pentaqonun istifadə etmək istədiyi adalar 1923-cü il Lozanna Sülh Müqaviləsində müəyyən edilmiş qeyri-hərbi statusa malikdir və bu adalarda məhdud sayda hüquq-mühafizə orqanlarından başqa hərbçilərin olması da Lozanna anlaşmasının pozulmasıdır.

Əlavə olaraq, 2020-ci ilin sentyabr ayından bu yana elan olunan 10-dan çox Navtex ilə bu qanunsuzluqlara diqqət çəklilərək, adıçəkilən dörd ada da daxil olmaqla 12 adanın dərhal tərksilah edilməli olduğu bildirilib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın