Paşinyanın iki ayı: “Seytnot vəziyyətində çabalaya-çabalaya qalıb...”

09, 07, 18
09:08

Paşinyanın iki ayı: “Seytnot vəziyyətində çabalaya-çabalaya qalıb...”

PaÅinyanın iki ayı: âSeytnot vÉziyyÉtindÉ Ã§abalaya-çabalaya qalıb...â
Ermənistanda inqilab yolu ilə Serj Sərkisyan iqtidarını devirib hakimiyyətə gələn Nikol Paşinaynın baş nazir seçilməsindən dünən iki ay keçdi. Paşinyanın ilk iki ayının Ermənistan və region üçün hansı vəziyyət yaratdığını politoloqlar təhlil edirlər.
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, artıq arxada qalan iki ayda Paşinyanın hakimiyyət dövrünə nəzər yetirdikdə ümumiləşdirmələr etmək olar. Xarici siyasətlə müqayisədə daxili siyasətdə Paşinyanın müəyyən uğurlarını inkar etmək olmaz: “Məsələn, Qarabağ klanını xeyli dərəcədə sıradan çıxarıb, korrupsiyaya qarşı mübarizə elan edilib, ciddi kadr dəyişiklikləri aparılıb və komandasını formalaşdırıb başa çatdırmaq üzrədir. Üstəlik də Qarabağ klanının liderləri olan Robert Köçəryanın və Serj Sərkisyanın müqavimətini tam sındıra bilib. Hətta Köçəryanın ölkədən qaçdığı deyilir. Çünki onun haqqında cinayət işi qaldırılıb. Serj Sərkisyanın isə qardaşı haqqında cinayət işi qaldırılıb. Serj Sərkisyanın özü ilə bağlı da ətrafında həlqə daralmaqdadır. Bu məsələdə Paşinyanın əhalini sakitləşdirə bildiyi və həbslər dalğası, korrupsiyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən tədbirlər, yeni kadrların işə başlaması əhali tərəfindən pozitiv qarşılanmaqdadır. Amma bütövlükdə Paşinyanın bütün vədlərini yerinə yetirə biləcəyinə inam azdır. Paşinyan xarici investisiyaları cəlb etmək, ölkə iqtisadiyyatını canlandırmaq, əhalinin maddi rifah halını yüksəltmək vədləri verib. Amma bu vədləri yerinə yetirmək üçün hələ ki, vəsaitlər əldə edilə bilməyib. Yəni Paşinyan hələ ölkənin iqtisadiyyatına ciddi donor rolunu oynaya biləcək hansısa xarici investisiyanı ölkəyə cəlb edə bilmir. Bu səbəbdən də dövlət büdcəsi Serj Sərkisyanın dövründə olduğu kimi ciddi problemlər içindədir. Odur ki, Paşinyanın verdiyi vədlərin bir çox hələ havadan asılı vəziyyətdə qalmaqdadır”.

Politoloq qeyd etdi ki, Paşinyan üçün ən uğursuz sahə xarici siyasət sahəsidir: “Çünki Paşinyan iki od arasında qalıb. Rusiya ilə münasibətlər və Qərbyönümlü siyasətin həyata keçirilməsi kimi aşağıdan gələn tələblər ciddi bir sıxıntıya çevrilməkdədir. Paşinyanın özü millət vəkili olarkən Rusiyanı söyən siyasətçi kimi tanınıb və Serj Sərkisyandan Rusiyadan uzaqlaşıb Qərbə üz tutmağı tələb edən bir neçə simadan biri olub. İndi baş nazir Paşinyan Rusiya təsirindən çıxmağı düşünsə də bunun mümkünsüz olduğunu başa düşməmiş deyil”.

Politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

Q.Hüseynli vurğuladı ki, Paşinyan Dağlıq Qarabağ məsələsində isə həddən artıq səbatsızlıq nümayiş etdirməkdədir və özünü seytnot vəziyyətə salıb: “Müxtəlif tezisləri irəli sürməklə özünün Dağlıq Qarabağ problemi ilə bağlı, beynəlxalq hüquqla bağlı kifayət qədər biliksiz və ya naşı olduğunu ortaya qoydu. Gah danışıqlar prosesinə Dağlıq Qarabağın cəlb edilməsi iddialarını irəli sürdü, gah dedi Ermənistanın Dağlıq Qarabağın adından danışmağa haqqı yoxdur. Paşinyanın tutduğu xətt Rusiyanın Dağlıq Qarabağ məsələsində mövqeyinə müəyyən qədər təsir göstərməyə başlayıb. Bu təsir isə heç də Ermənistanın xeyrinə deyil. Kremlin özündə müəyyən dairələrin Ermənistanda gedən proseslərdən, İrəvanın Qərbə doğru meyllən məsindən ciddi narahatlıq keçirdiyi müşahidə olunur. Ona görə də Rusiyanın Azərbaycanla yaxınlaşmasının zəruriliyi məsələsini gündəmə gətirirlər. Paşinyanın Qarabağ məsələsi istiqamətində cəhdləri demək olar ki, boşa çıxıb. O, Dağlıq Qarabağ məsələsində artıq ciddi tərəddüdlər keçirir. Danışıqlar prosesi onun hakimiyyətinin ilk ayında dalan vəziyyətindən çıxmadı. Bunun da günahı Paşinyandadır. İndi Rusiya danışıqlar prosesini dalandan çıxarmağa çalışır. Paşinyan Qarabağ məsələsində Ermənistanın düşdüyü labirintin içərisindən çıxa bilmir. Amma ona təzyiqlər davam edir. Paşinyan üçün kifayət qədər çıxılmaz vəziyyət yaranır. Ya o siyasi uzaqgörənlik nümayiş etdirib dünya praktikasına, beynəlxalq hüququn normalarına uyğun hərəkət etməyi özündə güc tapmalıdır, ya da həm daxildən, həm də xaricdən onun üçün ciddi problemlər yaradıla bilər”.

Politoloq bütün bunları ümumiləşdirərək belə qənaətə gəlməyin mümkün olduğunu bildirdi ki, Paşinyan daxildə verdiyi sosial vədləri yerinə yetirməklə, əhalinin, maddi rifah halını yüksəltməklə bağlı, ölkəyə xarici sərmayənin dəvət edilməsi ilə bağlı verdiyi vədləri hələ ki, yerinə yetirə bilmir. Xarici siyasətdə və Dağlıq Qarabağ məsələsində Paşinyan seytnot vəziyyətində düşüb: “O, seytnot vəziyyətində çabalaya-çabalaya qalıb”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın