“Ərdoğan və Putin bir neçə həftəyə…” - Fransız nəşrindən ŞOK İDDİA

18, 08, 21
12:00

“Ərdoğan və Putin bir neçə həftəyə…” - Fransız nəşrindən ŞOK İDDİA


“Ərdoğan və Putin Qərbi Suriya, Liviya, Qarabağ (Azərbaycan) və Əfqanıstandakı geosiyasi proseslərdən kənarlaşdırdı”.

Yenisabah.az xəbər verir ki, bu barədə Fransanın “Le Fiqaro” qəzetində dərc olunan məqalədə bildirilib.

Müəllif Türkiyə və Rusiyanın regional proseslərdə ciddi təşəbbüslərlə çıxış etdiklərini, Qərbi neytrallaşdırdıqlarını və bir çox cəbhədə birlikdə hərəkət etdiklərini vurğulayıb.

Bütün çətinliklərə baxmayaraq, aralarındakı münasibətlərin davam etdiyini yazan müəllif indi hər iki ölkənin Əfqanıstanda anlaşa biləcəyinə diqqət çəkib:

“Türkiyə və Rusiya Qərbi Suriya, Liviya və Qarabağdan qovduqdan sonra əl-ələ verib ABŞ-ın Kabildəki yerini almağa hazırlaşırlar. Amerikalılar iyirmi illik müharibədən sonra Əfqanıstandan geri çəkildikdə və onlarla və digər NATO qüvvələri ilə birlikdə bölgəni sürətlə irəliləyən Talibana verdikdə, Türkiyə Vaşinqtona paytaxt hava limanının təhlükəsizliyini təmin etməyi təklif etdi. Bir fransız generalına görə, hava limanına sahib olan paytaxta da sahib olacaq.

Əfqanıstanın əcnəbilər üçün əsas qapısı olan Kabil hava limanını alan Ankara ölkədə qalacaq beynəlxalq qüvvələr, “yaşıl zona”dakı 500-ə yaxın Amerika hərbçisi, diplomatlar və digərləri üzərində güclü kart əldə edir. Bu, Türkiyəyə Orta Asiyada əsas oyunçu olmaq fürsəti yaradır”.

Nəşr qeyd edib ki, Rusiya və Türkiyə liderləri Əfqanıstandakı son gəlişmələrdən sonra Qərbi Mərkəzi Asiyadan uzaqlaşdırdı:

“Lazım gələrsə, Moskva “əlavə səylər” vəd edir. Rusiya Müdafiə naziri Sergey Şoyqu ötən həftə bu məsələ ilə bağlı Talibandan qaçan yüzlərlə əfqan hərbçisinin sığındığı Tacikistanla da müzakirə edib. Rusiya özünün “Vaqner” qrupundakı muzdlularını Orta Asiyaya göndərə və yerli qüvvələrdən istifadə edərək bölgədəki təsirini gücləndirə bilər. Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bir neçə həftə ərzində yeni təsir dairələrini bölüşdürmək üçün zəmin hazırladılar”.

Fransız qəzeti Rusiya və Türkiyənin Suriya və Liviya böhranlarının həllində də koordinasiyalı hərəkət etdiklərini diqqətə çatdırıb. Müəllif artıq Türkiyənin hər iki ölkədə hərbi bazalarını quraraq, bölgədə əsas oyunçulardan birinə çevrildiyini yazıb.

“Le Fiqaro” Ərdoğan və Putinin Cənubi Qafqazdakı münaqişələrin həlli üçün də zəmin yaratdıqlarını və Qərbin buradan da kənarda qaldığına diqqət çəkib:

“Rusiya və Türkiyə 2020-ci ilin payızında Azərbaycan və Ermənistan arasında 6 həftəlik müharibə zamanı qərbliləri Qarabağdan da kənarlaşdırdılar. Moskva və Ankara 1992-ci ildən bəri münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunu da proseslərdən kənarda qoyaraq, Qafqazda siyasi və hərbi həll yolu ortaya qoydular. Rusiya ilə yanaşı, bu formatda həmsədr olan Fransa və ABŞ Vladimir Putinin təşəbbüsündən xəbərsiz idilər. Rusiya bununla bölgədə əsas güc olduğunu göstərdi. Rəcəb Tayyib Ərdoğan Putinə Qafqazdakı keçmiş Osmanlı əraziləri üzərində yeni təsir, Xəzər dənizi və Orta Asiyaya qədər uzanan bir dəhliz təklif etdi”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın