SON DƏQİQƏ: Qarabağ üzrə üçtərəfli İşçi Qrupu öz işini bərpa etdi

18, 08, 21
10:30

SON DƏQİQƏ: Qarabağ üzrə üçtərəfli İşçi Qrupu öz işini bərpa etdi


Qarabağ üzrə üçtərəfli işçi qrupu öz işini bərpa edib.

Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, avqustun 17-də Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, onun ermənistanlı həmkarı Mqer Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk üçtərəfli İşçi Qrupunun növbəti iclasında iştirak ediblər.

İclasda tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasını, həmçinin 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində görülən işləri müzakirə ediblər.  

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın