Kənd qızı olub bikinili şəkilləri ilə dillərə düşən prezidentlə bağlı MARAQLI FAKTLAR: sən demə, əri... - FOTO

06, 07, 18
20:24

Kənd qızı olub bikinili şəkilləri ilə dillərə düşən prezidentlə bağlı MARAQLI FAKTLAR: sən demə, əri... - FOTO

Kənd qızı olub bikinili şəkilləri ilə dillərə düşən prezidentlə bağlı MARAQLI FAKTLAR: sən demə, əri... - FOTO


Sabah, iyulun 7-də Rusiyanın futbol yığması dünya çempionatının 1/4 finalında Xorvatiyadan olan rəqiblərinə qarşı meydana çıxacaq. Hər iki ölkənin azarkeşləri bu oyunu səbirsizliklə və həyəcanla gözləyir, axı qaliblər dünya birinciliyinin qızıl medallarına daha yaxın olacaq...
Rusiya və Xorvatiyanın milyonlarla sakinləri oyun başlayandan bitənə qədər gözünü televizordan ayırmayacaq. Şanslı futbol həvəskarları isə öz komandasını dəstəkləmək üçün stadiona yollanacaqlar. Şübhəsiz ki, onların arasında Xorvatiya prezidenti Kolinda Qrabar-Kitarovi da olacaq. Xorvatiya prezidenti iki gün əvvəl Nijni Novqorodda keçirilmiş Xorvatiya və Danimarka yığma komandalarının oyununu da stadiondan canlı izləmişdi. Oyunu tribunada sadə xalqın əhatəsində izləyən prezident bu addımı ilə diqqət çəkmişdi. Ümumiyyətlə, Xorvatiyanın ilk qadın prezidenti olan Kolinda Qrabar-Kitarovinin diqqətə layiq olan bir çox üstünlükləri var ki, onlarla tanış olmağa dəyər.
Dünyanın ən parlaq və gözəl qadın siyasətçisi haqqında siyasi fəaliyyətindən savayı daha nə bilirik?
Publika.az bu yazıda oxucuları bikinili fotoları ilə dünya mətbuatının dilindən düşməyən Kolinda Qrabar-Kitarovi ilə daha yaxından tanış edib.
Ailəsi və bioqrafiyası
Kolinda Qrabar-Kitarovi 1968-ci il aprelin 29-da, Xorvatiyada, Rieka şəhərinin yaxınlığındakı Lubarska əyalətində sadə kəndli ailəsində anadan olub. Onun atası Branko qəssab işləyib, anası isə evdar qadın olub.
Şəhər həyatı Kolinda üçün uzun müddət yad olub: Əgər ona uşaqlıqda desəydilər ki, bir neçə il sonra Xorvatiya prezidenti olacaq, çətin ki, buna inanardı. O, məktəb illərində ya stüardessa, ya da tərcüməçi olmağı arzulayırdı.
ÐоÐ
Qızcığaz ovçuluqla, atlarla, futbolla maraqlanır və oğlanlarla dostluq edirdi. Bir sözlə, o, əsl oğlan kimi yetişib. Oğul həsrəti ilə yaşayan ata da çalışırdı ki, qızını azad ruhlu, kobud, sərbəst böyütsün.
Təhsil
Kolinda məktəbdə çox yaxşı oxuyub və orta təhsilini əla qiymətlərlə başa vurub. O, buna görə valideynlərinə və onun üçün hər cür imkan yaradan nənə-babasına borcludur. Ən çox sevdiyi fənlər tarix və xarici dil idi.
Kənddə böyüyən Kolinda dialektlə danışdığından tez-tez sinif yoldaşlarının lağlağı obyekti olurdu. Ancaq o, özünü heç vaxt sındırmırdı. Gülüş hədəfi olmağı sevməyən inadcıl qız zamanla dialektləri və kənd ləhcəsini dilindən uzaqlaşdırdı.
17 yaşında təhsil üçün qrant udan Kolinda ABŞ-a yollanır və orada ingilis dilini daha da mükəmməlləşdirir. Yad ölkədə təhsil alan qıza təqaüd verilsə də, bu pul özünü dolandırmağa çatmırdı. Lakin kimyəvi təmizləyicidə işləmək məcburiyyətində qalan kənddə böyümüş qız üçün fiziki əmək yad deyildi.
ÐоÑожее изобÑажение
Xorvatiyaya qayıdanda o, Zaqreb Universitetinin humanitar və sosial elmlər fakültəsini bitirir və beynəlxalq münasibətlər sahəsində magistr dərəcəsi alır, həmçinin ingilis incəsənəti və ispan ədəbiyyatı üzrə bakalavr təhsilini bitirir.
Şəxsi həyatı
Kolinda əri Yakov Kitaroviçlə universitetdə, tələbəlik illərində tanış olub. 1989-ci ildən tanış olan cütlük 1996-cü ildə evlənib. 2001-ci ildə Kolinda qızı Katarinanı dünyaya gətirib, 35 yaşında isə onun oğlu Lukas doğulub.
ÐаÑÑинки по запÑоÑÑ Kolinda Grabar-KitaroviÄ husband
Yakov həyat yoldaşı ilə yaşıddır. O, Zaqreb Universitetində mühəndislik və hesablama texnikası fakültəsində təhsil alıb. Kolindanın siyasətlə məşğul olmasına məhz əri təsir göstərib. Yakovla tanış olmazdan əvvəl Kolinda siyasətlə çox da maraqlanmayıb.
Karyera
Kolinda iş həyatına tələbəlik illərindən başlayıb. Təhsil haqqını ödəmək üçün o, həm dayəlik edir, həm də ingilis dilindən dərs verirdi.
Xorvatiya prezidenti gələcək siyasi karyerasına isə 1992-ci ildə başlayır. 24 yaşında o, Xorvatiya Elm və Texnologiya Nazirliyinin beynəlxalq əməkdaşlıq departamentinin müşaviri vəzifəsinə təyin edilir, sonra isə Xarici İşlər Nazirliyində müşavir olur. 2003-ci ildə Kolinda Xorvatiya parlamentinə seçilir və tezliklə Avropa inteqrasiyası məsələləri üzrə naziri vəzifəsinə yüksəlir. İki ildən sonra o, Xorvatiyanın xarici işlər naziri olur, 2011-ci ildən 2008-ci ilədək isə Xorvatiyanın ABŞ-da səfiri vəzifəsində çalışıb.
PrezidentdÉn ÅOK AÃIQLAMA: âNövbÉti prezidentin kim olacaÄına ABÅ qÉrar verÉcÉkâ
Nəhayət, 2015-ci ildə Xorvatiyada keçirilən prezident seçkilərində Kolinda Qrabar-Kitarovi 50,42 faiz səs toplayaraq qalib gəlir və Xorvatiyanın tarixində ilk qadın prezident olur.
Stil
ÐаÑÑинки по запÑоÑÑ Kolinda Grabar-KitaroviÄ
50 yaşlı Kolinda dünya siyasətinin görkəmli qadınlarından biridir. Sarışın və cəlbedici bədən quruluşunun sahibi öz nurlu təbəssümü və qonur gözləri ilə tanınır. Onun şəkillərinə baxanda insanda elə təəssürat yaranır ki, o, heç vaxt pis əhval-ruhiyyədə olmur.
ÐоÑожее изобÑажение
Geyim seçimində o, kifayət qədər ciddi üsluba üstünlük verir. Uşaqlıqda ərköyün böyüdülməyən Kolinda indi də geyim seçimində israfçı davranmır. Prezident yubkalara və klassik paltolara, ciddi klassik kostyumlara və zərif geyimlərə üstünlük verir. Geyim seçimində əsasən qara, ağ və qırmızı rəngə müraciət edir. Dəb xətaları yüksək vəzifəli xanımdan da yan keçməyib, lakin ümumilikdə, onun üslubunda səhv tapmaq çox çətindir.


Hobbisi
Kolinda uşaqlıqdan müxtəlif idman növləri ilə ciddi maraqlanır və milli komandaların bütün oyunlarına qatılmağa çalışır. O, indi də balaca oğlan uşaqları kimi futbolu çox sevir. Stadionda ona tez-tez rast gəlmək olar, özü də heç də VİP lojada deyil də. Belə ki, Xorvatiya və Danimarka yığma komandaların görüşündə oyunu o, ən adi fanat kimi tribunadan izləyib.
Prezident addımı bunu belə izah edib: “Göstərmək istəyirdim ki, mən də hamı kimi azarkeşəm və öz komandamı tribunalarda fanatların əhatəsində dəstəkləməyə həmişə hazıram. Milli rəmzlərin olduğu formanı geyindim. Qızların uzun paltarlar geyinib gəldiyi VİP zonada dress-kod qaydaları olduğu yer mənə orada belə geyimdə olmağa icazə verməzdi”.
ÐоÐ
Xorvatiya prezidenti həm də poliqlotdur. İngilis və ispan dilindən başqa, o, portuqaliya və alman, fransız və italyan dillərində sərbəst danışır. Kolinda səyahət etməyi sevir, lakin peşəsindən dolayı, buna çox nadir hallarda imkanı olur.
ÐоÐ
Hay-küylü bikiniləri
2015-ci ildə internetdə çoxlarının Xorvatiya prezidenti zənn etdiyi sarışın qadının bikinidə fotoları yayılır. Həmin vaxt Kolinda həqiqətən də məzuniyyətdə idi. Üstəlik fotoların sarışın qəhrəmanı zahirən prezidentə çox bənzəyirdi. Lakin qadının əynindəki bikini ölkənin prezidenti üçün həddən artıq cəlbedici idi. Kolinda geyimdə ciddi və zərif bir üsluba riayət etdiyindən, belə tərz bütün icazə verilən məhdudiyyətlərdən kənara çıxırdı. Sonradan məlum olur ki, şəkilin qəhrəmanı aktrisa Nicole Oustindir. Çoxları zahirən bir-birinə bənzəyən bu iki xanımı qarışdırmışdı.
ÐикоÐ
Bununla belə, sosial şəbəkədə Kolindanın da real çimərlik şəkilləri yayıldı və Ostinin kadrlarından heç də az ajiotaj yaratmadı. Onun çimərlik paltarı daha təvazökar olsa da, bədəni əsl heyranlıq doğurmuşdu.
ÐоÐ
ÐоÐ
Aytən


























Bizimlə əlaqə saxlayın