Moskva üçün böyük təhlükə: MDB-ni parçalamaq planı...

11, 07, 21
15:00

Moskva üçün böyük təhlükə: MDB-ni parçalamaq planı...


“Prezident Vladimir Putinin imzasıyla təsdiqlənən yeni Milli Təhlükəsizlik Strategiyasında Rusiyanın anti-Qərb siyasi xətti, Ukrayna ilə sərhəddə şiddətlənən gərginlik və müxalifətin etirazları öz əksini tapıb”.

Azerbaycanrealligi.com-un məlumatına görə, bu fikirlər İspaniyanın “La Vanguardia” nəşrində dərc olunan məqalədə yer alıb. Məqalədə daha sonra bildirilir:

“Bu sənəddə mədəni “vesternləşdirmə” təhlükəsindən qorunulmasına diqqət çəkilir, Çin və Hindistan ilə daha sıx münasibətlər qurulmasına önəm verilir.

Yeni strategiyada qeyd olunur ki, Rusiya sərhədləri yaxınlığında NATO infrastrukturunun artırılması və həm də Qərbin hərbi təlimlər zamanı Rusiyaya qarşı nüvə silahının tətbiq edilməsinin çoxsaylı imitasiyası kimi faktorlar təhlükəni xeyli gücləndirir. Sənəddə həmçinin hesab olunur ki, NATO-nun Rusiya sərhədləri yaxınlığına gəlməsinin özü artıq ən böyük təhlükədir.

Siyasi və diplomatik vasitələrlə daxili və beynəlxalq münaqişələrin həll edilməsinə sadiqliyini saxladığını bəyan edən Moskva, “Rusiyanın ərazi bütövlüyünü və suverenliyini təhdid edən xarici düşmən fəaliyyətlərinə qarşı” simmetrik və asimmetrik üsullarla cavab verməyi özünün qanuni haqqı hesab edir.

Rusiyanın ABŞ və onun müttəfiqləriylə münasibəti 2014-cü ildə Krım yarımadasının ilhaqından sonra kəskin pisləşib. Çünki Rusiyanın hərəkətləri beynəlxalq ictimaiyyət tərəfindən qanunsuz hesab olunur.

Digər yandan isə Rusiya 2016-cı ildə keçirlimiş ABŞ prezident seçkilərinə müdaxilədə ittiham edilir. Münasibətlərdəki daha bir dönüş nöqtəsi müxalifətçi Aleksey Navalnının zəhərlənməsi oldu. Kreml bu ittihamı birmənalı şəkildə rədd edir.

Müxalifətin etiraz aksiyalarında işitirak edənlərin polis tərəfindən əzilməsi və həm də Rusiya-Ukrayna arasındakı gərginlik üzündən Moskva ilə Qərb arasındakı münasibətlər daha da aşağı yuvarlanıb.

Düzdür, ABŞ prezidenti Co Bayden və Vladimir Putin arasında 16 iyunda Çenevrədə keçirilən görüş gərginliyi azaltdı. Xüsusən iki ölkə arasındakı diplomatik əlaqələrin bərpası çox vacib irəliləyişdir.

Lakin bu görüş konkret heç bir razılaşma gətirmədi və fikir ayrılıqları əvvəliki kimi öz yerində qalır. Həqəqətən də Çenevrə sammitindən sonra 23 iyunda Krım sahillərində Böyük Britaniya gəmisi peyda oldu.

Televiziyadakı sual-cavab marafonunda Putin baş verən hadisəni Böyük Britaniya və ABŞ-ın təxribatı adlandırdı. Bu barədə Putin həmçinin deyib: ”ABŞ hərbi təlimlər və sanksiyalar kimi destruktiv hərəkətlərlə öz hegemonluğunu saxlamağa cəhd göstərir”.

Rusiya hərbiçiləri bildiriblər ki,onlar xəbərdarlıq atəşi açıblar və hətta britaniyalıları qorxutmaq üçün “Defender” esminesinin hərəkət trayektoriyası boyunca bomba atıblar.London isralara vurğulayır ki, gəmi Ukrayna sularında üzüb, çünki Böyük Britaniya Krımın ilhaqını tanımır.

Sözsüz ki, iqtisadiyyat Rusiya üçün ən mühüm məsələdir. Yeni sənədə əsasən xarici ticarətdə ABŞ dollarından istifadənin azaldılması nəzərdə tutulur. Milli Təhlükəsizlik Strategiyasında deyilir ki, Rusiyanın maraqlarını xarici və daxili təhlükələrdən qorumaq üçün ölkənin rəqabət imkanlarını yüksəltmək çox vacibdir. Bununla əlaqədar olaraq Moskva texnologiya və avadanlıqların idxalındakı kritik asılılıqdan qurtulmaq üçün üstünlüyü yerli istehsala vermək istəyir.

Sənəd müəllifləri qeyd edirlər ki, son dövrlər dünyada iqtisadi sanksiyalar və proteksionizm daha çox tətbiq olunmağa başlayıb. Ona görə də ölkələrə açıq formada siyasi və iqtisadi təziyqlər edildiyi bir vaxtda Rusiya və onun tərəfdaşları sakit dayana bilməzlər.

Sənəddə deyilir: ”Bütün dünyanın diqqətini cəlb edən iqlim dəyişikliyi və ətaraf mühitin mühafizəsi problemlərindən Rusiya şirkətlərinin ixrac bazarına girişini məhdudlaşdırmaq, nəqliyyat yolları üzərində nəzarət yaratmaq üçün bəhanə kimi istifadə edilir. Daha bir məqsəd isə Arktikanın Rusiya tərəfindən mənimsənilməsini əngəlləməkdir”.

Bu sənəd artıq bir ildir ki, hazırlanırdı. İndi o, 2015-ci ildəki sənədi əvəzləyir. Orada həmçinin iddia edilir ki, bəzi ölkələr “Rusiya ilə onun ənənənəvi müttəfiqləri arasındakı bağları dağıtmaqdan ötrü MDB-ni parçalamağa çalışırlar”.

Sənəddə göstərilir ki, belə bir vəziyyətdə Rusiya Çin, Hindistan, Asiya-Sakit okean regionu, Latın Amerikası və Afrika ilə əməkdaşlığı inkişaf etdirəcək.

Moskva hesab edir ki, Qərbdən gələn təhlükə Rusiyanın milli mədəniyyətinin də təhdid edir. Sənəddə xəbərdarlıqla vurğulanır: ”İnformasiya-psixoloji sabotaj və mədəniyyətin vesternləşdirilməsi onu göstərir ki, Rusiya öz mədəniyyətini itirmək təhlükəsiylə qarşılaşıb” .

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın