Paşinyandan ETİRAF: “Azərbaycana minalanmış ərazinin kiçik hissəsinin xəritəsini vermişik“

13, 06, 21
16:00

Paşinyandan ETİRAF: “Azərbaycana minalanmış ərazinin kiçik hissəsinin xəritəsini vermişik“


“Ermənistan Azərbaycana minalanmış ərazisinin yalnız kiçik hissəsinin xəritəsini verib”.

Azerbaycanrealligi.com TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan bildirib.

O, bildirib ki, minalanmış ərazilərin təhvil verilən xəritəsi xəritələrin kiçik hissəsidir. “Qeyd etmək istəyirəm ki, dekabr ayında xəritələr mübadiləsini etdik və bunlar bizim mövqelərimizdəki minalanmış sahələrin xəritələri deyil, Azərbaycanın (minalanmış ərazilərinin -red) xəritələridir", - hökumət başçısı deyib.

Xatırladaq ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın