“Atrsax hökuməti”ni aktiv dəstəkləyən hərbi qüvvələri var – Pol Qobl


ABŞ administrasiyasının keçmiş Sovet İttifaqı üzrə müşaviri olmuş tanınmış politoloq Pol Qobl Amerikanın Səsinə müsahibədə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana və Ermənistana səfərləri zamanı danışıqlarının əsas məqamları, Qarabağda durum və ABŞ-ın regionda rolu ilə bağlı gözləntilərdən danışıb.

Amerikanın Səsi: Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bu həftə Azərbaycana səfəri başa çatdı. O, Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Danışıqlar zamanı onlar 2020-ci il noyabrın 10-u bəyanatına uyğun olaraq Dağlıq Qarabağda nizamlanmaya dair razılaşmaların həyata keçirilməsinə sadiq olduqlarını bildiriblər. Sergey Lavrov keçən həftə Yerevana səfər edib. Kommunikasiyaların açılması və ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə sülh danışıqlarının davam etdirilməsi Lavrovun hər iki paytaxtda apardığı danışıqların gündəmində olub. Rusiya Xarici İşlər nazirinin səfərini necə qiymətləndirirsiniz? Lavrov hər iki ölkənin rəsmiləri ilə danışıqlarda hansı mesajları çatdırmağa çalışıb?

Pol Qobl: Fikrimcə, cənab Lavrovun Bakı və Yerevana səfərləri ilə bağlı ilk problem odur ki, o, razılaşmanın olduğunda israr edir. Mövcud olan niyyətlə bağlı bəyanatdır. Noyabrın 10-u, ya da 9-u bəyanatı bir sıra şeylərə çağırır, lakin nə etmək lazım olduğunu dəqiqləşdirmir. Orada sülhməramlıların hansı şəraitdə olacağı dəqiqləşdirilmir. Nəqliyyat marşrutlarının açılmasının vaxtı göstərilməyb. Burada sərhəd rejimləri ilə bağlı heç bir şey müəyyənləşdirilməyib. Özünü Artsax adlandıran respublikanın qalan erməni rəsmilərinin Azərbaycandakı statusu dəqiqləşdirilməyib. Burada heç birgə Türkiyə-Rusiya müşahidə mərkəzinin rolu da müəyyən edilməyib. Buna görə də bir razılaşmanın olmadığı, niyyətlə bağlı bir bəyanatın olduğu və çox sayda sualın açıq qaldığı nəzərə alınsa, noyabr razılaşmasının həyata keçirilməsi və tələblərin yerinə yetirilməsini istədiyinizi söyləmək bir qədər çox görünür.

Fikrimcə, bunun Minsk Qrupunun üzərinə qoyulması fikri ruslar tərəfindən ermənilərin dəstəyini alaraq, müəyyən fayda qazanmaq cəhdidir, çünki ermənilər mənim dediyim kimi, mövcud olmayan razılaşmanın həyata keçirilməsi əvəzinə sülhməramlıları Artsax hökumətinin qalan üzvlərinin müttəfiqləri kimi davranan ruslar istisna edilməklə Fransanın onların əvəzinə hamıdan çox danışa biləcəyinə inanır. Cənab Lavrovun böyük və mühüm ölkənin xarici işlər naziri olduğu, Rusiya qüvvələrinin Ermənistanda bazası olduğuna, Rusiyanın ikinci bazasının belə görünür Zəngəzur dəhlizində tikilməkdə olduğu və Rusiya sülhməramlılarının davranışına görə insanlar buna diqqət yetirəcək. Amma mənim fikrimcə, böyük bir irəliləyişin olduğunu görmək səhv olardı. Noyabr haqda razılaşma olaraq danışmaq tamamilə yersizdir. Bunlar bir sıra bəyanatlardır və Azərbaycan və Ermənistan bu bəyanatların mənası ilə bağlı müddəalarla razılaşmayınca bizim problemlərimiz davam edəcək.

Amerikanın Səsi: Lavrov Moskvanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında səmimi şəkildə maraqlı olduğunu bildirib. O, Cənubi Qafqazda nəqliyyat mərkəzinin yaradılmasının Bakı və Yerevan arasında münasibətlərin yaxşılaşdırılması üçün əsas ola biləcəyini deyib. İqtisadi əməkdaşlığa dair siqnallar bir impulsun yaradılmasında rol oynaya bilərmi?

Pol Qobl: Təbii, bir-biri ilə aktiv ticarət əlaqələri olan ölkələr başqa məsələlərdə də daha çox əməkdaşlıq edə bilər. Problem ondadır ki, normallaşma nədir? Ehtimal etmək olar ki, normallaşma həm Ermənistan, həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yaşadığı və ərazilərinə tam nəzarət etdiyi deməkdir. Hal hazırda bu, belə deyil. Fakt budur ki, Azərbaycanın bəzi bölgələrində erməni qüvvələri və sözdə rus sülhməramlıları var. Amma daha böyük bir problem var və bu səbəbdən bu razılaşma, bu bəyanatlar toplusu daha irəli getməkdən əvvəl daha çox müzakirə tələb edir. Əgər sabah noyabr və daha sonra yanvar görüşlərində, bəyanatlarda qeyd edildiyi kimi nəqliyyat dəhlizlərinin yaradılması mümkün olsaydı, Azərbaycan heç kəsin köməyi olmadan özü Azərbaycandan Naxçıvana dəhliz inşa edə bilərdi. Ermənistan kiminsə köməyi olmadan Naxçıvan ərazisindən dəhliz inşa edə bilməz. Bu o deməkdir ki, Azərbaycan noyabr bəyanatına uyğun olaraq, dəhlizə sahib olmaq və inşa etməyə tam qadir olduğu halda, Ermənistan kimsə gəlib pulu ödəməyənə qədər bunu edə bilməz. Buna görə də burada böyük bir asimmetriya var.

Cənubi Qafqazın nəqliyyat mərkəzinə çevrilməsi hər iki ölkənin və bütün bölgənin inkişafı üçün vacib ola bilərmi? Əlbəttə. Amma bunun mərkəz olduğu deyəndə sual yaranır ki, bu, şərq-qərb, yoxsa şimal-cənub mərkəzləridir, yoxsa bu, bir tərəfdən Türkiyə və Avropa, o biri tərəfdən də Qafqaz və Mərkəzi Asiya üçün mərkəzdir? Ya da ki, bu, şimalda Rusiya Federasiyası və cənubda İran arasında mərkəzdir? Bunlar iki tamamilə müxtəlif şeylərdir. Nəyi nəzərdə tutduğunuzdan asılı olaraq, bunun həm Bakı, həm də Yerevan üçün, eləcə də regionun təhlükəsizliyi və ümumiyyətlə fərqli nəticələri var. Əlbəttə ki, mərkəzin olması yaxşı fikirdir. Amma sual budur ki, hansı mərkəzdən danışırıq? Bu, Azərbaycanın keçən payızda ərazilərini geri almaqda irəliləməsini dayandırmasından bəri baş verənlərdə böyük problemdir. Danışdıqlarımız barədə dəqiq işarələr olmadan bütün bunların necə işləyəcəyi barədə çox bəyanatlar var.

Amerikanın Səsi: 2020-ci il atəşkəs razılığından sonra gələcəyə yolu necə görürsünüz? Hər iki tərəfin hazırda daha davamlı həllə nail olunmasına təkan vermək üçün ata biləcəyi addımlar varmı?

Pol Qobl: Lazım olan Bakı və Yerevan arasında rəsmi ikitərəfli silsilə danışıqlardır. Bir çox xarici aktyorun müəyyən bir rol, köməkçi rolu oynaması arzuolunandır. Lakin Azərbaycan və Ermənistan razılığa gəlməlidirlər və kiminsə bunu onlara qəbul etdirməsini gözləməməlidir, çünki həlli qəbul etdirmək üçün hərbi qüvvə tətbiq etməyə hazır olan yeganə güc özünün balanslı olduğunu çətinliklə göstərə bilən Rusiya Federasiyadır. Onun ölkədə bir hərbi bazası var, ikinci bazasını qurur və Azərbaycanın həmişə qanunsuz kimi xarakterizə etdiyi Atrsax hökumətini aktiv olaraq dəstəkləyən hərbi qüvvələri var. Buna görə də burada Türkiyə, Birləşmiş Ştatlar, Avropadan kimsə olmalıdır. Mən hesab edirəm ki, İranın sadəcə harada yerləşdiyinə görə rolu ola bilər. Amma danışıqlar ikitərəfəli danışıqlar olmalıdır. Beynəlxalq ictimaiyyətin gəlib məsələləri həll edəcəyi fikri Rusiyanın ideyasıdır, çünki Rusiyanın fikri budur ki, əgər kənardakılar bunu gəlib həll etsə, bu o deməkdir ki, bu, Rusiya tərəfindən həll ediləcək və bu da bizi Ermənistan və Azərbaycan arsında normal sülh və əməkdaşlıq münasibətlərinə qaytaran həll yoluna gətirib çıxarmaq üçün işləməyəcək.
Amerikanın Səsi: Rusiya və Türkiyənin Qafqazda münasibətlərinin gələcəyini necə qiymətləndirirsiniz?

Pol Qobl: Moskva Türkiyənin təkcə ümumi olaraq deyil, Qafqazda da yüksələn güc olduğunu bilir. Türkiyənin mövcud gücündən daha çox güc istifadə etməyə sövq edən bir şey etməsini istəmir, beləlikdə də bunun Rusiyanın davranışına çəkindirici təsiri var. Eyni zamanda, Türkiyənin sadəcə Qafqazdan daha geniş gündəmi var. Mərkəzi Asiya, Qara dəniz və Türk dünyası ilə bağlı baxışları ilə bağlı narahatlıqlar var. Buna görə də Rusiya daim Türkiyənin nə ilə barışa biləcəyini sınağa çəkir. Noyabr bəyanatını oxusanız, orada belə görünür ki, Türkiyə sülhməramlıları olacaq. Bu, baş vermədi. Ona görə baş vermədi ki, ruslar bunun qəti əleyhinədirlər. Türkiyə israr etmədi və izləmə mərkəzinin izləməli olduğu yerdən uzaqlaşdırılmasına razı olmağa hazır idi. Mən hesab edirəm ki, Türkiyə və Rusiya rəqibdirlər. Gərginliklər nə olursa-olsun Türkiyə Qərb alyansının möhkəm bir hissəsi olaraq qalır və bunlar (gərginliklər) Qərb alyansının üzvlərinin nisbi gücü dəyişdiyi üçün qalmaqda davam edəcək. Eləcə də Türkiyə və Rusiya arasında münasibətlərdə də. Türkiyə regionda artan gücdür, Rusiya yox. Bu da zaman keçdikdə mürəkkəb düzəlişlərə gətirib çıxaracaq.

Amerikanın Səsi: Birləşmiş Ştatların qarşılaşdığı daxili və beynəlxalq problemlərin miqyası nəzərə alındıqda regionda əhəmiyyətli rol oynaya biləcəyi nə qədər real görünür?

Pol Qobl: Mən Birləşmiş Ştatların daha aktiv rol oynamasını çox istərdim. Düşünürəm ki, Moskvada bizi özünə düşmən görən, bizə hücum etmək istəyən biri kimi görən hökumətə qarşı olduğumuzu etiraf etməliyik. Düşünürəm ki, Birləşmiş Ştatlar Cənubi Qafqaz da daxil olmaqla, mümkün qədər çox müttəfiq toplamalıdır və bizim vəziyyəti dəyişə biləcək mövqedə olduğumuz üçün fürsətdən istifadə etməlidir. Bizim indi çox böyük problemlərimiz var. Biz böyük problemləri olan yeganə ölkə deyilik, amma bizim son zamanlar əvvəl etdiyimizdən daha çox iş görmək imkanlarımız var. Və mən buna inanıram. Pandemiyanın ən pis günlərindən uzaqlaşdıqca Amerikanın Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında normal münasibətlərin, hər iki tərəfin tanıdığı açıq sərhədlərin olduğu, xarici qüvvələrin əhalinin tam razılığı ilə orada olduğu və Azərbaycan və Naxçıvan və Ermənistan və İran arasında yerlərdə reallığı daha yaxşı əks etdirən ticarət marşrutlarının olduğu bir vəziyyət istiqamətində irəliləməyə çalışmaq məqsədilə genişləndirilmiş səylərini görəcəksiniz. Belə stabillik və normallıq Amerikanın maraqlarına cavab verir və buna görə də mən inanıram ki, biz yaxın aylarda bu istiqamətdə daha çox səy göstərildiyini görəcəyik.

Azerbaycanrealligi.com



Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
“Fulya” filminin müəllifi danışdı – “Cavabınızı alacaqsınız!”

“Fulya” filminin müəllifi danışdı – “Cavabınızı alacaqsınız!”

  • 20 iyn, 19:30
“Fulya” filminin müəllifi danışdı – “Cavabınızı alacaqsınız!”
Nadirdən Sərdar Ortacla bağlı qalmaqallı sözlər

Nadirdən Sərdar Ortacla bağlı qalmaqallı sözlər

  • 01 iyn, 12:00
Nadirdən Sərdar Ortacla bağlı qalmaqallı sözlər
Müğənni Ruhinin müstəntiq yeznəsi həbs edildi

Müğənni Ruhinin müstəntiq yeznəsi həbs edildi

  • 19 may, 13:00
Müğənni Ruhinin müstəntiq yeznəsi həbs edildi
Afaq Bəşirqızı əməliyyat olunub

Afaq Bəşirqızı əməliyyat olunub

  • 15 may, 23:30
Afaq Bəşirqızı əməliyyat olunub
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar