Robert Köçəryan Vazgen Sərkisyanın qətlində açıq şəkildə ittiham edildi

30, 06, 18
16:36

Robert Köçəryan Vazgen Sərkisyanın qətlində açıq şəkildə ittiham edildi

Robert Köçəryan Vazgen Sərkisyanın qətlində açıq şəkildə ittiham edildi


Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra iki keçmiş prezidentin - Robert Köçəryan və Serj Sərkisyan;n başı üzərində qara buludlar dolaşır.
Erməni mətbuatı son həbsləri Qarabağ klanına qarşı kin və nifrət bəsləyən və qisas hissi ilə alışıb-yanan yeni hakimiyyətin əlindəki fürsəti dəyərləndimək niyyəti olaraq qələmə verir.
“Bandokratiya gözümüzün önündə çökməkdə davam edir. Heç şübhəsiz ki, ifşa izləri əvvəl-axır bandokratiyanın qurucu ataları Robert Köçəryan və Serj Sərkisyana da gedib çıxacaq”, - “1in.am” saytından Sərkis Artsruni yazır.
Müəllifin yazdığına əsasən, Köçəryanın prezidentliyi dövründə ən az 30 hay-küylü cinayət baş verib. Onların hazırlanma və həyata keçirilmə metodları hələ də açılmamış qalıb. Bütün bunlar ikinci prezidentin dövlət sistemini onun qeyri-məhdud hakimiyyətinə mane olmaq istəyən insanların fiziki məhvinə, habelə dəhşətli korrupsiya piramidasının qurulmasınaa gətirib çıxaran terrorçu-repressiya maşınına çevirdiyini göstərir.
Yazıda 1999-cu ilin oktyabrın 26-da Ermənistan parlamentində Nairi Unanyan adlı terroçu tərəfindən baş nazir Vazgen Sərkisyanın və parlamentin sədri Karen Dəmirçiyanın öldürülməsi hadisəsinə yenidən diqqət çəkilir.
Müəllifin fikrincə, Levon Ter-Petrosyanın getməsindən sonra Köçəryanın qarşısında sadəcə Vazgen Sərkisyan dayanırdı. Bu səbəbdən də Robert Köçəryan Vazgen Sərksiyana qarşı bütün cəbhələrdə kampaniya başladıb. Bundan ötrü bir sıra xəbərdarlıq xarakterli qətllər də törədilib.
Yazıda Robert Köçəryanın dövlətin təbliğat aparatını da Vazgen Sərksiyana qarşı sui-qəsdlər hazırlamaq üçün inkubatora çevirdiyi qeyd olunur.
Həmin vaxt Tiqran Naqdalyanın rəhbərlik etdiyi ictimai televiziya Vazgen Sərkisyanın təbliğat yolu ilə neytrallaşdırlması prosesini aparıb.
“Siyasi və təbliğat vasitələrindən başqa Köçəryan 1998-ci ilin sonundan etibarən qəssablıq fəaliyyətinə keçib”, - Artsruni yazaraq davam edir:
“1998-ci lin oktyabrın 10-da öz yaşadğı evin girişində müdafiə nazirinin müavini Vaqram Xorxoruni qətlə yetirildi. O, Vazgen Sərksiyanın müavini sayılırdı və mahiyyət etibarı ilə bu Qarabağ klanının ona qarşı ilk yaylım atəşi idi.
Yəqin ki, bu qətlin üstünü açılmadığını deməyə ehtiyac da yoxdur.
 
Image result for Vazgen sarkisyan
1999-cu ilin fevralın 9-da isə daxili qoşunların komandiri Artsrun Marqaryan müəmmalı şəkildə öldürüldü. Rəsmi versiyaya görə, general bir dəfə başına, bir dəfə də ürəyinə atəş açmaqla özünü öldürüb. Hər halda başına güllə vuran adamın daha sonra ürəyinə də atəş açmaq imkanına malik olmasnı düşünməkdən gülünc bir şey ola bilməz”.
Müəllfin qeyd etdiyinə əsasən, Artsrun Marqaryan Serj Sərksiyanın rəhbərlik etdiyi Daxil İşlər və Milli Təhlükəsizlik Nazirliyində Vazgen Sərksiyana sadiq qalan tək-tük generallardan sayılırmış.
Sərkis Artsruni bu qətllərin sifarişli olduğuna şübhə etmir:
“Həm Xorxoruninin, həm də Marqaryanın qətllərinin Qarabağ klanının soyuqqanlı hesab üzrə həyata keçirdiyinə şübhə yoxdur. Şəxsən Robert Köçəryan Vazgen Sərkisyanın ölümünə hazırlıq görüb”.
Sonda onu qeyd edək ki, Vazgen Sərkisyan Azərbaycan ərazilərinin işğal edilməsində mühüm rol oynayan “Yerkrapa” dəstəsinin komandiri olub. V.Sərkisyan 1991-1992-ci illərdə və 1995-1999-ci illərdə Ermənistanın müdafiə naziri vəzifəsində çalışıb. 1999-cu ilin iyun-oktyabr aylarında isə baş nazir olub. Həmin ilin oktyabrın 26-da Ermənistan parlamentində Nairi Unanyanın qəsdlə güllələdiyi adamlardan biri də Vazgen Sərkisyan idi.
Musavat.com

Bizimlə əlaqə saxlayın