Türkiyə ordusunun Ermənistana hücum planı

15, 06, 20
15:59

Türkiyə ordusunun Ermənistana hücum planı

İsveç saytı oranı qarışdırmaq istəyir

"Türkiyə ordusunun Yunanıstana və Ermənistana hücum etməklə bağlı planı var". İsveçin paytaxtı Stokholma bağlı “Nordic Monitor” saytı iddia edir ki, bununla bağlı rəsmi sənədlər əldə edib. Adı çəkilən saytda “Turkey has a plan for the invasion of Greece, secret documents reveal” (Türkiyənin Yunanıstana hücum planı var, məxfi sənədlər üzə çıxdı) başlıqlı yazıda belə bir sərsəm iddia ortaya qoyulub.

İsveç saytına istinadən Yunanıstanın https://greekcitytimes.com saytı da material dərc edib. “Newly unveiled documents reveal Turkey’s plan to invade Greece and Armenia” (Yeni üzə çıxan sənədlər göstərir ki, Türkiyənin Yunanısatan və Ermənistana hücum (işğaıl) planı var) adlı xəbərində yazılıb ki, ən azı 2014-cü ilin 13 iyunundan etibarən Türkiyə ordusunun Yunanıstana hücum planı olub.

Tam məxfi qrifli altında olan planın adı isə belədir: “TSK Çakabey Harekât Planlama Direktifi”. Çaka bəy səlcuq türküdür. O, Lesvos, Samos, Chios və Rhodes adalarını XI əsrdə nəzarət altına almışdı. Az sonra isə Bizans İmperiyasının generalı Constantine Dalassenos Səlcuq donanmasını geri çəkilməyə vadar etmişdi.

Caka bəy dənizdə məğlubiyyətə uğrasa da, türklər onu Türkiyə donanmasının atası kimi tanıyırlar. Rəsmi Ankaraya xoş münasibətdə olmayan Yunansıtan saytı belə yazır.

Üzə çıxdığı iddia olunam "sənədlər" göstərir ki, Türkiyə ordusunun Ermənistana hücum planı hələ uzaq 2000-ci ilin 15 avqustunda mövcud olub. Həmin planın adı isə belədir: “TSK Altay Harekât Planlama Direktifi”.

Bəs, Türkiyə dövlətinə məxsus məxfi sənədlər neçə ortaya çıxıb? İsveç və Yunan saytları bildirir ki, Türkiyədə son hərbi çevriliş cəhdi (2016-cı ilin 16 iyulu) ilə bağlı istintaq gedib. Türkiyə prezidentinə yaxınlığı ilə tanınan prokuror Sərdar Çoşkun “unudaraq” gizli sənədləri də məhkəməyə çıxarıb. Həmin sənədlər isə Türkiyə Müdafiə Nazirliyindən götürülüb.

Yunanistan saytı yazır ki, son bir neçə ildə Türkiyə Yunanıstana qarşı təzyiqləri artırıb. Onlar Crete, Rhodes və Lesvos adalarının Türkiyəyə məxsus olduğunu iddia edirlər.

Aydındır ki, tezliklə Ermənistan mətbuatı da bu sənədlərə istinadən anti-Türkiyə kampaniyasına start verəcək. Gördüyünüz kimi, Yunanıstan artıq buna başlayıb.

Böyük ehtimalla onu da demək olar ki, söhbət hərbi təlimlər zamanı istifadə olunan şərti düşməndən gedir. Məsələn, NATO Rusiyanı şərti düşmən kimi qəbul edir və bu ölkə ilə bağlı hərbi planlar hazırlayır. ABŞ-ın isə Çinə qarşı oxşar hərbi planlara malik olması haqqında da dünya mətbuatında çox yazılıb.

Təəssüf ki, ehtiyatsızlıq üzündən ortaya çıxan bu sənədlər Yunanıstana və Ermənistana ciddi təbliğat imkanları verir və hər iki ölkə bu imkandan maksimun şəkildə yararlanmağa çalışacaq.

Elbəyi Həsənli, Sürix

https://www.nordicmonitor.com/2020/06/turkey-planned-to-invade-greece-secret-document-reveals/

https://greekcitytimes.com/2020/06/15/newly-unveiled-documents-reveal-turkeys-plan-to-invade-greece-and-armenia/

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın