SON DƏQİQƏ: Türkiyə ordusuna DƏHŞƏTLİ HÜCUM - Çox sayda ölü və yaralı var

03, 02, 20
10:36

SON DƏQİQƏ: Türkiyə ordusuna DƏHŞƏTLİ HÜCUM - Çox sayda ölü və yaralı var


Türkiyə ordusu şəhid verib.

Azerbaycanrealligi.com Publika.az-a isitnadən xəbər verir ki, Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejimi ünsürlərinin top atəşləri nəticəsində 4 türk əsgəri şəhid olub, 1-i ağır olmaqla, 9-u yaralanıb.

Məlumatı Milli Müdafiə Nazirliyi yayıb.

Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın İdlib Memorandumunu pozan bu hücuma dərhal cavab verildiyini açıqlayıb.

Qeyd edək ki, ötən gün İdlibdə strateji önəmə sahib Marred Numan rayonunu əldən verən müxalif qüvvələr ərazini geri qaytarmaq üçün irimiqyaslı hücuma hazırlaşdığı bildirilmişdi.

İdlibdə Türkiyə ordusunun 10-a qədər hərbi müşahidə məntəqəsi var. Döyüşlər intensivləşəndən sonra Türkiyə bölgəyə çox sayda zirehli texnika göndərib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın