Ərdoğan dünyanın ən böyük hava limanının açılışını edəcək

21, 06, 18
00:58

Ərdoğan dünyanın ən böyük hava limanının açılışını edəcək

Ərdoğan dünyanın ən böyük limanının açılışını edəcək


Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İstanbulda 3-cü hava limanının açılışı olacaq.
Axar.az xəbər verir ki, hava limanında ilk uçuş Ərdoğanın iştirakı ilə baş tutacaq. Təyyarənin göyərtəsində dövlət başçısı ilə yanaşı, Binəli Yıldırım da olacaq.
Dünyanın ən iri hava limanının inşası Türkiyə rəhbərliyinin nəzarəti altında sürətlə davam etdirilir.
Qeyd edək ki, İstanbul hava limanı Türkiyə Respublikası tarixində ən böyük layihələrdən biri sayılır. Bu gün hava limanının birinci mərhələsi çərçivəsində işlərin artıq 90 faizi görülüb. Hava limanının birinci mərhələsinin tikintisi 42 ay davam edib.

Bizimlə əlaqə saxlayın