Saakaşviliyə Ukrayna pasportu verildi - Foto

29, 05, 19
18:09

Saakaşviliyə Ukrayna pasportu verildi - Foto


Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığına dair rəsmi sənədini alıb.

Bu barədə o, feysbuk hesabında məlumat verib.

“Ukraynanın gözəl konsulu Varşava səfirliyində mənə Ukraynaya qayıtmağım üçün şəxsiyyət vəsiqəsi təqdim etdi. İndi isə hava limanındayam və Kiyevə yola düşürəm”, - deyə Saakaşvili yazıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski mayın 28-də Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın