"Dünya Milyarderləri" siyahısı açıqlandı

05, 05, 19
22:01

"Dünya Milyarderləri" siyahısı açıqlandı


FORBES, bu il 31-inci dəfə "Dünya Milyarderləri" siyahısını dərc edib.
 
"Marja" xəbər verir ki, siyahıda birinci yeri 112 milyard dollarla Amazon-un qurucusu Cef Bezos tutub.  
 
Cef Bezos Microsoft-un qurucusu Bill Qeytsi taxtından endirib. O, FORBES-in tarixində ilk dəfə 100 milyard dollar sərhədini aşan şəxsdir.
 
FORBES-in "Dünya Milyarderləri" siyahısında Bill Qeyts isə 90 milyard dollarlıq sərvətilə bu il ikinci yeri tutub. "Berkshire Hathaway"ın sahibi investor Uorren Buffett isə 84 milyard dollarlıq sərvətilə dünyanın ən varlı üçüncü adıdır.

Dünyanın ən zəngin ilk 10 adının yeddisi amerikalıdır.
 
"Louis Vuitton"un sahibi olan fransız Bernard Arnault 72 milyard dollar, Zara-nın sahibi İspan Amancio Ortega 71 milyard və bir vaxt dünyanın ən varlı adı olan meksikalı Karlos Slim Helu isə 67,1 milyard dollarlıq sərvətilə ilk 10-da ABŞ xaricindən yer alan adlar olub





Bizimlə əlaqə saxlayın