PKK liderlərindən daha biri öldürüldü

19, 06, 18
18:47

PKK liderlərindən daha biri öldürüldü

PKK liderlərindən daha biri öldürüldü

PKK terror təşkilatının komandirlərindən biri Türkiyə Silahlı Qüvvələrinin Qəndildə keçirdiyi hərbi əməliyyatlar zamanı öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə “Rudav” saytı informasiya yayıb. Sayt öldürülən terrorçunun adının hələlik açıqlanmadığını bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan öncə TSQ-nin Qəndildə terrorçuların toplantı məkanlarını vurduğunu açıqlamışdı. Ərdoğan vurulan məkanlarda terror təşkilatının liderlərinin olub-olmaması sualına isə “böyük ehtimalla olduqlarını” cavabını vermişdi.

Bizimlə əlaqə saxlayın