"On minlərlə insanı işdən çıxarmağa hazıram" — Paşinyan ƏSƏBLƏŞDİ

10, 04, 19
09:23

"On minlərlə insanı işdən çıxarmağa hazıram" — Paşinyan ƏSƏBLƏŞDİ


Ermənistanın Baş naziri Nikol Paşinyan dövlət rəmzlərinə qarşı hörmət edilməsinə nail olmaq üçün minlərlə insanı işdən çıxarmağa hazır olduğunu deyib.

Azerbaycanrealligi.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu N. Paşinyan özünün "Facebook" səhifəsində yazıb. 

O bildirib: "Ermənistanın dövlət sistemində bayrağı ayaq altına atan heç bir nəfər işləyə bilməz. Əgər lazım gələrsə 10 minlərlə insanı işdən çıxararam, lakin bayrağa qarşı hörmətsizliyə dözə bilmərəm. Nöqtə!".

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın