Ərdoğandan Menbiç açıqlaması:"Terror bataqlığını qurutma əməliyyatı..." - Yeni

18, 06, 18
19:08

Ərdoğandan Menbiç açıqlaması:"Terror bataqlığını qurutma əməliyyatı..." - Yeni

Ərdoğandan Menbiç açıqlaması:"Terror bataqlığını qurutma əməliyyatı..." - Yeni


Türkiyə ordusunun Menbiçə daxil olmasına Prezident Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib.
Teleqraf.com-un məlumatına görə, Samsunda mitinqdə çıxış edən Rəcəb Tayyib Ərdoğan kimsədən icazə alaraq bu prosesə başlamadıqlarını deyib: "Hazırda Münbiçdə əməliyyat aparılır. Patrullar iş başındadır. Niyə? İş bacaranın, qılınc qurşananındır..."
Türkiyə lideri Qəndildə terror bataqlığını qurutmaq üçün əməliyyatın davam etdiyini vurğulayıb.
***
16:53
Türkiyə Baş naziri Binəli Yıldırım az öncə verdiyi açıqlamada Türkiyə hərbi qüvvələrinin Menbiçə daxil olduğunu rəsmən təsdiqləyib.
Teleqraf.com-un məlumatına görə, Baş nazir deyib: "Türk əsgəri bu gün Menbiçdə vəzifəsinin icrasına başladı".
***
16:27
Türkiyə hərbi qüvvələri Menbiçə daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Suriyanın Menbiç şəhərinə türk hərbi qüvvələrinin girişi Vaşinqtonla razılıq əsasında baş tutub.
Menbiç PKK terror təşkilatının Suriya qolu PYD-YPG qruplaşmasının nəzarətində idi. Ərazidə ABŞ hərbi kontingenti də var. Türkiyə və ABŞ arasında əldə olunan razılığa əsasən PYD-YPG qüvvələri bölgədən çıxarılacaq və ərazidə iki müttəfiq ölkənin hərbçiləri keşik çəkəcək.
Daha sonra ABŞ və Türkiyə Menbiçdə yerli idarəetmə orqanlarını formalaşdıracaq.
Xatırladaq ki, bu il iyunun 4-də Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Vaşinqton səfəri zamanı ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşündə Münbiç razılaşması əldə olunub.
Razılaşmaya əsasən, YPG terror təşkilatı Fərat çayının şərqinə çəkiləcək. ABŞ və Türkiyənin razılaşdırdığı “Yol xəritəsi” 3 ay müddətində həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın